“Azərbaycanda koronavirusa qarşı lazımi ölçülər götürülür”
Banuçiçək Kalbalıyeva
11:59 13.03.2020
Gündəm
488
Aynur Camalqızı:“Gərək insanlar da ehtiyatlı olsunlar. Sadəcə adi gigiyena qaydalarına əməl etmək lazımdır”
Koronavirusa qarşı dünyanın əksər ölkəsində olduğu kimi, Azərbaycanda da ciddi tədbirlər görülür. Əlbəttə, bütün addımlar insanların sağlamlığının qorunmasına hesablanıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da ölkəmizdə həyata keçirilən təhlükəsizlik tədbirlərini müsbət qiymətləndirir.
“Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı da “Sherg.az”a açıqlamasında Azərbaycanda bu problemə həssas yanaşıldığını söyləyib:
“ÜST artıq koronavirusun pandemiya olduğunu elan edib. Sözsüz ki, bu, vəziyyətin ciddiliyindən xəbər verir. Ancaq panikaya əsas yoxdur. Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargah bu işlə məşğul olur. Təhsil ocaqlarında, müxtəlif iaşə obyektlərində, ictimai nəqliyyatda dezinfeksiya tədbirləri həyata keçirilir. Koronavirusun əsas mərkəzlərindən biri olan İranla sərhədlər bağlanıb. Dərslər dayandırılıb. Sadaladığım amillər göstərir ki, ölkəmizdə koronavirusa qarşı mübarizə hökumətin prioritet istiqamətidir”.
A.Camalqızının fikrincə, vətəndaşlar da diqqətli olmalıdırlar:
“Dediyim kimi, dövlət müxtəlif tədbirlər həyata keçirir. Amma gərək insanlar da ehtiyatlı olsunlar. Sadəcə adi gigiyena qaydalarına əməl etmək lazımdır. Şəxsən mən bir valideyn kimi övladlarımın gigiyenasına diqqət edir, onların çoxlu meyvə və təmiz hava qəbul etmələrinə çalışıram”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya hərbi nümayəndə heyəti Suriyaya gedib
19:42 04.02.2026
Dünya
“Washington Post” əməkdaşların kütləvi ixtisarına başlayır
19:30 04.02.2026
Media
Ürək köçürülməsi tarixi uğurdur, ancaq... - TƏHLİL
19:24 04.02.2026
Sağlamlıq
Türkiyə Rusiyanı Suriyadan uzaqlaşdırır - Uilson
19:22 04.02.2026
Dünya
Media buraxılmırsa, deməli ciddi razılaşma yaxındır - Ekspert
19:08 04.02.2026
Gündəm
Prezident: Hazırda Ermənistanla ticari münasibətlərimizi artırırıq
18:37 04.02.2026
Dünya
Son 4 ayda 4 rekord: Mask dünyada ilkə imza atdı
18:24 04.02.2026
Dünya
Türkiyə üçün Pəhləvinin önə çıxarılması risklidir - RƏY
18:19 04.02.2026
Gündəm
Mehriban Ələkbərzadəyə vəzifə verildi
17:42 04.02.2026
Media
“Sərhəddə gərginlik yox, sülh üstünlükdədir” - ŞƏRH
17:39 04.02.2026
Gündəm
Tramp İranla danışıqları dayandıra bilər
17:23 04.02.2026
Gündəm
Rusiyadakı soydaşlarımız böyük risk altındadır - Fuad Abbasov
17:08 04.02.2026
Gündəm