Azərbaycanda sərnişin avtobusları növbəti dəfə dezinfeksiya edilib
05:02 16.03.2020
Gündəm
661
Kəskin respirator virus infeksiyalarının yayılmasına qarşı qabaqlayıcı tədbirlər çərçivəsində marşrut xətləri üzrə avtobuslarda dezinfeksiya işləri davam etdirilir.
"Sherg.az"xəbər verir ki, insanların həm təmas, həm də hava damcı yolu ilə infeksion xəstəliklərə yoluxmasına qarşı olan dərman preparatları ilə avtobuslar dezinfeksiya edilib.
Gecə saatlarında istehsalat bazasında 22, 35, 191, 76, 12 nömrəli xətt marşrutları üzrə hərəkət edən avtobuslarda dezinfeksiya işləri həyata keçirilib. Həmin bazada hər gün gecə saatlarında 80-dən artıq avtobus dezinfeksiya edilib. Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayevin APA -ya verdiyi məlumata görə, artıq gündəlik olaraq xəttə çıxan 2100 avtobusda dezinfeksiya işləri tamamilə yekunlaşdırılıb və təkrar dezinfeksiya işləri aparılır.
Məlumat üçün bildirək ki, son zamanlar yeni növ koronavirus (COVID-2019) xəstəliyinin yaranması və bəzi ölkələrdə yayılması qabaqlayıcı tədbirlər görülməsi məqsədilə ölkəmizdə ictimai nəqliyyat sahəsinin də nəzarətdə saxlanılmasını zəruri edib. Kəskin respirator virus infeksiyalarının yayılmasına qarşı qabaqlayıcı tədbirlər görülməsi məqsədilə daşıyıcılara gündəlik olaraq sərnişin daşımalarında istismar edilən avtobusların xarici və daxili hissələrinin təmiz olmasına nəzarətin gücləndirilməsi, sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq avtobusların salonunda tez-tez dezinfeksiya işlərinin həyata keçirilməsi barədə müvafiq tapşırıqlar verilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi