Azərbaycanı Qırğızıstanla həm də Türk Dövlətləri Təşkilatı birlədirir - Politoloq
13:04 12.10.2023
Gündəm
558
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün oktyabrın 12-də Qırğız Respublikasına səfərə gedib.
Bişkek şəhərinin “Manas” Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidentini Qırğızıstan Nazirlər Kabinetinin sədri – Prezident Administrasiyasının rəhbəri Akılbek Japarov və digər rəsmi şəxslər qarşılayıblar.
Səfəri dəyərləndirən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri, politoloq Samir Hümbətov "Sherg.az" bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Qırğızıstana gedəcəyi ilə bağlı mesaj vermişdi:
"Azərbaycan Qırğızıstan arasında və MDB çərçivəsində münasibətlər tamam fərqlidir. Çünki Azərbaycan Qırğızıstan ilə həm də Türk Dövlətləri Təşkilatında da (TDT) birlikdə fəaliyyət göstərir. İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarov və Nazirlər Kabinetinin sədri – Prezident Administrasiyasının rəhbəri Akılbek Japarov arasında keçirilən görüşlərdə daha çox siyasi, iqtisadi, ticarət, hərbi sahadə əməkdaşlıq müzakirə olunacaq. Eyni zamanda regional məsələlər də danışılacaq. Çünki bu hər iki ölkənin diqqət yetirdiyi əsas faktorlardan biridir. İki dövlətdə bu və ya digər formada bu problemlərdən zamanında əziyyət çəkib. Həmçinin, görüş zamanı TDT çərçivəsində olan və digər önəmli məsələlər də gündəmə gətiriləcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM
16:23 03.11.2026
Gündəm
Avropaya raket atmaq İran üçün fəlakət olar - Politoloq
16:21 03.11.2026
Aktual
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
15:58 03.11.2026
Hadisə
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayıb
15:47 03.11.2026
Cəmiyyət
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
14:42 03.11.2026
Gündəm
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
14:29 03.11.2026
Dünya