Azərbaycanı Talıban hakimiyyəti ilə hələ münasibətlər qura bilməz - ŞƏRH
13:09 18.09.2023
Gündəm
553
Bu məsələdə də qardaş Türkiyənin atdığı addımlar Bakı üçün önəmli olacaq
Talıban hakimiyyəti Ermənistanla müharibədə Azərbaycanı dəstəkləyirik.
"Azərbaycanın məsələsi ölkənin ərazi bütövlüyünü müdafiə etməkdir və Taliban Azərbaycanın bu yanaşmasını dəstəkləyir”.
Bu barədə Taliban rejiminin sözçüsü Zəbihullah Mücahid deyib.
Taliban sözçüsü Kabildə Azərbaycan səfirliyini, Bakıda isə Taliban səfirliyini açmağa hazır olduqlarını bildirib.
Z. Mücahidin fikirlərinə münasibət bildirən politoloq Sədrəddin Soltan "Sherg.az"a açıqlamasında bildirib ki, Əfqanıstan və Azərbaycan arasında tarixən çox yaxşı münasibətlər olub:
"İstər Azərbaycan Xalq Cümhuriyyəti dövrü, istərsə də müstəqilliyin bərpasından sonrakı dövr əlaqələr olub. Həmçinin SSRİ vaxtında da sovet Azərbaycanı və Əfqanıstanarasında əlaqələr normal olub. Əfqan gəncləri Bakıda müxtəlif universitetlərdə təhsil alıb. Amma Əfqanıstan da hakimiyyət dəyişiklikləri, xüsusilə də son illərdə Talibanın hakimiyyətə gəlməsi sonra hakimiyyətdən devrilib yerinə mülki hakimiyyətin gəlməsi və yenidən Talibanın hakimiyyəti ələ alması Azərbaycan və Əfqanıstan arasında münasibətlərdə problemlər yaradıb. Problemlərin başlıca səbəbi Əfqanıstanda Talibanın hökümətinin dünya dövlətləri tərəfindən tanınmasıdır. Taliban hökümətinin tanınmaması həm də, ölkələrarası iqtisadi, ticarət əlaqələrinə də mənfi təsir göstərir. Məsələn, bundan əvvəlki hərbi yolla devrilmiş hakimiyyət zamanı Azərbaycan ilə Əfqanıstan arasında bütün sahələrdə əlaqələr mövcüd olub. Hətta səfirliklər belə fəaliyyət göstərmək üzrə idi. Amma Talibanın hakimiyyəti gəlişi yenidən vəziyyəti dəyişdirdi. Əgər gələcəkdə dünya dövlətləri Talibanı tanısa, Azərbaycan da onu qəbul edə bilər. Bunun üçün Taliban Beynəlxalq İctimaiyyətin onun qarşısında qoyduğu şərtlərə əməl etməlidir. Bu tələblər xüsusən İnsan Hüquqları sahəsi və qadınların azadlığıdır. Onların təhsil alması, orta məktəbdə oxuması və.s bu tip məsələlərdir. Eləcədə şəriət qaydaları adı altında insanlara işgəncələrin verilməsinin qarşısının alınmasıdır. Taliban hakimiyyəti bu tələblərə əməl edəcəyi halda dünya dövlətləri və Azərbaycan Taliban hökümətini tanıya bilər. Həmçinin bu tip məsələlərdə Azərbaycan Türkiyə ilə birgə addım atır. Bu məsələdə də qardaş ölkənin atdığı addımlar Azərbaycan üçün önəmli olacaq. Eyni zamanda nəzərə alaq ki, Əfqanıstan ərazisində türklər, özbəklər, türkmənlər, Azərbaycan türkləri, qırğızlar, qazaxlar yaşayır. Onların hüquqlarının qorunması məsələsi də Azərbaycan,Türkiyə və digər türk dövlətləri üçün maraqlıdır. Azərbaycan tərəfi prospektivdə Türkiyə və başqa türk dövlətləri ilə birlikdə Əfqanıstandakı türklərin haqlarının müdafiəsi məsələsini Əfqanıstandakı hakimiyyət qarşısında irəli sürə bilərlər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat