Azərbaycanın Zəfər Günü Özbəkistanda qeyd ediləcək
Yusif Nəzərli
06:05 01.11.2022
Gündəm
341
Azərbaycanın Zəfər Günü münasibətilə Özbəkistanda tədbir keçiriləcək.
"Report"un xəbərinə görə, 8 noyabr – Zəfər Günü münasibəti ilə keçiriləcək tədbirdə iştirak etmək üçün Milli Məclisin İntizam komissiyasının sədri, Özbəkistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov, Hesablayıcı komissiyasının sədri Eldar Quliyev və deputat Məşhur Məmmədov sabah Daşkənd şəhərinə səfər edəcəklər.
Azərbaycanın Özbəkistandakı səfirliyi tərəfindən təşkil olunmuş rəsmi qəbul və bayram tədbirinə bu ölkənin dövlət və hökumət nümayəndələri, Ali Məclisin təmsilçiləri, nazirlər, elm və mədəniyyət xadimləri qatılacaqlar.
Tədbirdə Prezident, Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi Qələbədən söhbət açılacaq, azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və abadlıq işləri barədə məlumat veriləcək.
Səfər çərçivəsində nümayəndə heyətinin Özbəkistan Ali Məclisində, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətində və digər bir sıra görüşləri nəzərdə tutulub.
Səfər noyabrın 5-də başa çatacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Apple" yeni ağıllı saat modellərini təqdim edib
03:03 10.09.2026
Texnologiya
KİV: İran gizli nüvə inşaatını fəallaşdırıb
02:32 10.09.2026
Aktual
Tramp ABŞ-nin İrana zərbələri gücləndirəcəyini bəyan edib
01:58 10.09.2026
Gündəm
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol