Badalyandan Köçəryanın Qarabağ iddiasına təpki: Müharibə deməkdir

“Ermənistan və Azərbaycan arasında sülhün qorunması hər iki ölkədən asılıdır”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat Lusine Badalyan deyib.

Deputatın sözlərinə görə, Ermənistan vətəndaşları radikal müxalifətin Qarabağla bağlı iddialarının arxasında müharibənin dayandığına əmin olmalıdır:

“Müxalifətin dəqiq planı yoxdur, hər şey qeyri-müəyyəndir. Bu təlxəkliyə son qoyulmalıdır”.

Badalyan qeyd edib ki, Nikol Paşinyan hökuməti sabiq prezidentlər Levon Ter-Petrosyan, Serj Sərkisyan və Robert Köçəryanın edə bilmədiyini edə bilib:

“Onlar bizim 8 ildə etdiklərimizi 30 ildə bacarmayıblar. Biz Ermənistanı imperiya (Rusiya) boyunduruğundan, bataqlıqdan çıxara bildik, hara getdiyimizə seçkilərdə qərar verməliyik.

Ermənistan vətəndaşları keçmiş rejimləri rədd edərək, məhv olmaq həddinə çatdırıblar. Onlar insanları seçkilərdə səslərini oğurlamaq üçün yalan vədlər verirlər, sonra heç xatırlamayacaqlar”.