Türk dünyasının birliyini dosta-düşmənə göstərəcəyik.
APA-nın Türkiyə bürosu xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı partiyasının iclasında çıxışı zamanı bildirib.
O, türk dövlətləri və xalqları arasında dialoq və əməkdaşlığın gücləndirilməsinin türk dünyasının müstəqilliyinə və suverenliyinə töhfə verəcəyini vurğulayıb.
MHP liderinin sözlərinə görə, Türk Dövlətləri Təşkilatı regionda və qlobal səviyyədə sülhə, əmin-amanlığa və ədalətə zəmin yaradacaq mühüm aktordur.
MHP lideri Türk Dövlətləri Təşkilatının oktyabrın 29-30-da Türkiyənin ev sahibliyi ilə keçiriləcək 13-cü Zirvə Görüşünü mühüm hadisə kimi qiymətləndirib.