Bakı Enerji Həftəsində “yaşıl enerji” üzrə əməkdaşlıq sənədləri imzalanıb - YENİLƏNİB
10:16 02.06.2025
Gündəm
272
Bakı Enerji Həftəsi çərçivəsində ümumi gücü 200 MVt olan 3 günəş enerjisi layihələrinin reallaşdırılmasını, həmçinin Energetika Nazirliyi ilə Maire Tecnimont S.p.A. arasında “yaşıl enerji” sahəsində əməkdaşlığı nəzərdə tutan sənədlər imzalanıb.
"APA-Economics" xəbər verir ki, Energetika Nazirliyi ilə “Universal Solar Azerbaijan” MMC arasında ölkəmizdə ilk dəfə olaraq bərpa olunan enerji sahəsində keçirilmiş beynəlxalq hərrac mexanizmi əsasında reallaşdırılan 100 MVt gücündə “Qobustan” Günəş Elektrik Stansiyası (GES) layihəsi üzrə “Torpaq icarə müqaviləsi” imzalanıb. Sənədi energetika naziri Pərviz Şahbazov və şirkətin direktoru Tao Zhicheng imzalayıblar. Layihə üzrə “Enerji alqı-satqı müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” isə “Azərenerji” ASC adından qurumun İdarə Heyətinin sədri Baba Rzayev, şirkət adından direktor Tao Zhicheng tərəfindən imzalanıb.
Azad edilmiş ərazilərin “yaşıl enerji zonası”na çevrilməsi məqsədilə həyata keçirilən təşəbbüslər çərçivəsində, Cəbrayıl rayonunda tikilməsi planlaşdırılan iki günəş elektrik stansiyası üzrə də müqavilələr imzalanıb. 50 MVt gücündə “Üfüq” GES və 50 MVt gücündə “Şəms” GES layihələri üzrə “Torpaq icarə müqavilə”lərini energetika naziri Pərviz Şahbazov, “Enerso Jabrayil” MMC şirkətinin direktoru Eldar Məmmədzadə və “Clean Energy Jabrayil” MMC-nin direktoru Xəyalə Nağıyeva imzalayıb. Hər iki layihəyə dair “Enerji alqı-satqı müqavilə”ləri və “Ötürücü şəbəkəyə qoşulma müqavilə”ləri də imzalanıb.
Cəbrayılda inşa olunacaq günəş stansiyaları ilə bağlı “Norm” ASC ilə birgə balanslaşdırma müqavilələrinə də imza atılıb.
Bundan başqa, Energetika Nazirliyi və “Maire Tecnimont S.p.A”. arasında “Enerji Keçidi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun müddətinin uzadılması məqsədilə sənədə müvafiq dəyişiklik edilməsi haqqında Protokol da imzalanıb.
***
Azərbaycanda yaşıl enerjinin inkişafı sahəsində bir sıra sənədlər imzalanıb.
"APA-Economics" xəbər verir ki, sənədlər Energetika Nazirliyi, "Azərenerji" ASC və bir sıra şirkətlər arasında imzalanıb.
İmzalanan sənədlərin böyük hissəsi Azərbaycanda yeni günəş elektrik stansiyalarının tikintisi ilə bağlıdır .
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya Ukrayna ilə sülh danışıqlarına hazırdır
20:25 23.06.2026
Gündəm
Ağcabədidə itkin düşən qohumlar tapılıb - YENİLƏNİB
20:14 23.06.2026
Hadisə
ABŞ-nin İranın sərt tələblərinə dözməyinin səbəbi var - ŞƏRH
20:00 23.06.2026
Gündəm
Putin: Sülh danışıqları Ukraynanın təşəbbüsü ilə dayandırılıb
19:14 23.06.2026
Dünya
Türkiyə parlamentinin sədri Azərbaycana gəlib
18:59 23.06.2026
Siyasət
Azərbaycan və Türkmənistan strateji ittifaq qurur - TƏHLİL
18:52 23.06.2026
Siyasət
İran bütün ölkə ərazisi üzərində hava uçuşlarını tam bərpa edib
18:45 23.06.2026
Region
Tramp artıq Putinə inanmır, Zelenskiyə çağırış etdi - KİV
18:38 23.06.2026
Dünya
Hakan Fidan Azərbaycanın Türkiyədəki səfiri ilə görüşdü
18:30 23.06.2026
Dünya
Livan Prezidenti: İsrailin heç bir şərtini qəbul etməyəcəyik
18:16 23.06.2026
Dünya
Polşa Baş naziri: Ölkədə anti-Ukrayna ab-havası hökm sürür
17:57 23.06.2026
Dünya
Zelenski Polşaya səfərdən imtina etdi
17:49 23.06.2026
Dünya