
Bakı ilə Xankəndi arasındakı dialoqun böyük regional ölçüləri mövcuddur - ŞƏRH
Yusif Nəzərli
10:45 07.09.2023
Gündəm
674
Blinkenin telefon danışığının regional cizgilərinə qlobal məkanda baş verən proseslər axarından yanaşanda vəziyyətin nə qədər mürəkkəb olduğu görünür
Sentyabrın 1-də ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Telefon söhbəti zamanı Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının açılması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Dövlətimizin başçısı vurğulayıb ki, Ermənistan və onun Azərbaycanın Qarabağ bölgəsində yaratdığı və dəstəkləməkdə davam etdiyi qondarma separatist rejim Ağdam-Xankəndi yolunun açılmasına qərəzli şəkildə imkan vermir və bu yoldan istifadənin qarşısının alınması üçün süni maneə və əngəllər yaradır, Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə bu yol ilə yüklərin daşınması barədə əldə olunmuş ilkin razılaşmadan imtina edib. Azərbaycan Prezidenti qeyd edib ki, Ağdam-Xankəndi yolundan istifadədən bu formada imtina etmək siyasi manipulyasiyadır və həmin ərazidə guya humanitar, yaxud qida böhranının yaşandığını iddia etmək üçün məqsədyönlü yalandır. Ağdam-Xankəndi yolunun açılmasından sonra Azərbaycanın gömrük və sərhəd-nəzarət rejimi qaydaları tətbiq edilməklə Laçın-Xankəndi yolu açıla bilər. Prezident İlham Əliyev vurğulayıb ki, dövlətimiz tərəfindən separatizmin bütün təzahürləri qəbulolunmazdır.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan tərəfi ilə razılaşdırmadan Ermənistan tərəfindən Azərbaycanın “Laçın” sərhəd-keçid məntəqəsinin qarşısına humanitar təyinatlı olduğunu iddia etdikləri yüklərin gətirilməsi Azərbaycanın daxili işlərinə qarışmaqdır, ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlikdir. Azərbaycan Prezidenti Ermənistanın bu kimi siyasətinin sülh müqaviləsi üzrə danışıqlara ciddi zərər vurduğunu bildirib.
Dövlətimizin başçısı Azərbaycan Qızıl Aypara Cəmiyyətinin xətti ilə həmin əraziyə ərzaq yüklərinin çatdırıldığını, lakin qanunsuz separatist rejimin bundan imtina etdiyini bildirib.
Prezident İlham Əliyev Azərbaycanın Qarabağın erməni əhalisinin nümayəndələrinin reinteqrasiya məsələləri ilə bağlı müzakirələrin aparılması üçün paytaxt Bakıya və ölkəmizin digər şəhərlərinə dəvət edilməsinə baxmayaraq, onların bundan imtina etdiklərini xatırladıb.
ABŞ Dövlət katibi Entoni Blinken isə sülh müqaviləsinin imzalanması və Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində səylərini bundan sonra da davam etdirəcəklərini bildirib, Bakı ilə Xankəndi arasında birbaşa təmasları dəstəklədiklərini vurğulayıb.

Telefon danışığını “Sherg.az”a şərh edən siyasi şərhçi Aqşin Kərimov söyləyib ki, ABŞ və Rusiya Azərbaycan hökuməti ilə Qarabağ erməniləri arasındakı təmasların həyata keçirilməsinə barmaq edib təşəbbüskarlığı ələ almaq uğrunda mübarizə aparır:
“Çünki bu Azərbaycanla Ermənistan arasında əldə edilə biləcək mümkün sülh razılaşması üzrə qlobal güclərdən birini yaxşı yerlərdən birinə çıxara bilər. Biz məsələyə xırda detal kimi baxmamalıyıq, ona görə ki, Bakı ilə Xankəndi arasındakı dialoqun böyük regional ölçüləri mövcuddur. Çinin, ABŞ-nin Yaxın Şərqdəki təsir dairəsini zəiflətmək məqsədlərinin əyan olduğu zamanlarda Vaşinqton digər regionlarda əhatə radiusunu genişlətməkdə maraqlıdır. Düzdür, ABŞ-nin onsuz da Cənubi Qafqazda köklü strateji maraqları var, lakin bu, Rusiya-Ukrayna müharibəsindən sonra Çinin artan hegemoniyası səbəbilə daha da böyümək çağırışnı Ağ Evin qarşısına qoyur”.
Analitik əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə ABŞ dövlət katibi Entoni Blinkenin telefon danışığının regional cizgilərinə qlobal məkanda baş verən proseslər axarından yanaşanda vəziyyətin nə qədər mürəkkəb olduğu görünür:
“ABŞ diplomatiyası elə şəkildə tərtib edilir ki, o, Rusiyanın hərəkətlərinin və ambisiyalarının yanında parlaq görünsün. Hərçənd Moskva ilə Vaşinqtonun sövdələşmək üçün düsturlar tapması da adi hala çevrilib. Bu, ayrıca mövzunun predmetidir, ümumilikdə Azərbaycan ABŞ-nin beynəlxalq terrorizmə qarşı tədbirlərinin regiondakı separatçı ünsürlərə bərkdən toxunmasını istəyir. Lakin ABŞ-nin beynəlxalq terrorizmə qarşı səyləri erməni separatçılara istisna yanaşmalarla yadda qalır. Ümumi şəkildə ABŞ-Azərbaycan əlaqələrinin etibarlı strateji tərəfdaşlıq səviyyəsinə qədər irəliləməsi gözləniləndir. Çünki hazırda ABŞ-nin Azərbaycana, Azərbaycanın isə ABŞ-yə qarşılıqlı faydaları var”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat