Bakı, Sumqayıt və Abşerona aparan bütün yollarda postlar qurulub - RƏSMİ
17:51 18.03.2020
Gündəm
614
Bu gecə saat 00.00-dan etibarən Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna digər şəhər və rayon qeydiyyatına olan avtomobillərin və həmin avtomobillərin sərnişinləırinin girişi dayandırılacaq.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov APA -ya açıqlamasında bildirib ki, artıq adıçəkilən şəhərlərin və Abşeron rayonunun girişlərində polis postları qurulub və Nazirlər Kabineti yanında Operativ Qərargaın məlum qərarı bu gecə saat 00.00-dan qüvvəyə minəcək.
E.Zahidov Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna ara yollarla daxil ola bilmənin mümkünlüyü barədə sosial şəbəkələrdə yayılam məlumatlara da münasibət bilıdirib. Onun sözlərinə görə, əsas magistral yollardan başqa Bakı, Sumqayıt şəhərlərinə, Abşeron rayonuna aparan ara yollarda da polis postları qurulub və həmin yollar da bağlı olacaq.
DİN sözçüsü onu da bildirib ki, Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu qeydiyyatında olan avtomobillər və vətəndaşlar digər şəhər və rayonlara sərbəst gedib qayıda bilərlər.
E.Zahidov vətəndaşları Operativ Qərargahın məlum qərarına ciddi şəklildə riyaət etməyə çağırıb.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahının qərarı ilə mMartın 19-da saat 00.00-dan etibarən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda qeydiyyatda olan sərnişindaşıma nəqliyyat vasitələrinin (avtobus, mikroavtobus, taksi və s.) ölkənin başqa şəhər və rayonlarından Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna sərnişin daşımaları qadağan olunur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət