Bakıda Azərbaycan və Rusiya baş nazirlərinin görüşü olub - FOTO
Yusif Nəzərli
17:28 17.11.2022
Gündəm
464
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun və Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinin Bakıda görüşü olub.
Bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Bildirilib ki, baş nazirlərin əvvəlcə təkbətək formatda keçirilmiş görüşü daha sonra iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.
Söhbət zamanı müxtəlif sahələrdə Azərbaycan-Rusiya münasibətlərinin inkişafından məmnunluq ifadə edilib.
Görüşün yekunlarına əsasən bir sıra ikitərəfli sənədlərin imzalanması fəal və səmərəli işin məntiqi nəticəsi kimi qiymətləndirilib. Əminliklə bildirilib ki, bu sənədlər iqtisadi-ticari, nəqliyyat və səhiyyə sahələrində ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açacaq.
İqtisadi əlaqələrin durmadan inkişaf etməsi xüsusi vurğulanıb. Diqqətə çatdırılıb ki, cari ilin 10 ayı ərzində qarşılıqlı ticarətin həcmi təqribən 20 faiz artıb və 3 milyard dollara yaxın olub.
İnvestisiya əməkdaşlığını daha da inkişaf etdirməyin vacibliyi vurğulanıb. Bununla əlaqədar iki ölkənin işgüzar dairələri arasında birbaşa əlaqələrin yaradılmasında, əməkdaşlığın inkişafında Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan işgüzar şuralarının fəal rolu xüsusi qeyd edilib.
Nəqliyyat-tranzit sahəsində əməkdaşlığın davamlı inkişafından məmnunluq ifadə olunub. Vurğulanıb ki, bu ilin əvvəlindən Azərbaycan ilə Rusiya arasında yükdaşımaların ümumi həcmi təqribən 22 faiz artıb.
Azərbaycandan keçən nəqliyyat dəhlizləri vasitəsilə Rusiya yüklərinin tranzit daşınmasının əhəmiyyətli dərəcədə artması qeyd edilib. Bildirilib ki, 2022-ci ilin yanvar-oktyabr aylarında bu artım 98 faizə bərabər olub.
Tərəflər bu fikirlə razılaşıblar ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi prioritet əhəmiyyət kəsb edir. Bu dəhlizin inkişaf etdirilməsi məqsədilə iki ölkənin əlaqələndərilmiş şəkildə fəaliyyətindən məmnunluq ifadə olunub.
Azərbaycan torpaqları işğaldan azad ediləndən sonra regionda yaranmış yeni əməkdaşlıq imkanlarının əhəmiyyəti xüsusi qeyd edilib, o cümlədən Zəngəzur dəhlizinin vacibliyi vurğulanıb.
Görüşdə sənaye sahəsi ikitərəfli münasibətlərin əsas istiqaməti kimi səciyyələndirilib. Azərbaycanda birgə layihələrin, o cümlədən kommersiya yük avtomobillərinin istehsalı və yığılması, dərman preparatlarının istehsalı üzrə birgə layihələrin uğurla həyata keçirilməsi qeyd edilib.
Neft-qaz sahəsində əməkdaşlığın müsbət məcrada inkişafı və bərpaolunan enerji mənbələri sahəsində qarşılıqlı fəaliyyətin perspektivləri vurğulanıb.
Mədəni-humanitar və regionlararası əməkdaşlığın ənənəvi yüksək səviyyəsindən məmnunluq ifadə edilib.
Tərəflər qarşılıqlı faydalı əməkdaşlığın bütün spektri üzrə səyləri daha da artırmaq əzmində olduqlarını bildiriblər.
Görüşün yekunlarına əsasən bir sıra sənədlər imzalanıb.
Oxşar xəbərlər
UNECE rəsmisi: Orta Dəhlizin “yaşıl dəhliz” kimi inkişafı Azərbaycan üçün böyük imkandır
14:44 09.09.2026
“Daha çətin olan şimal sərhədindən başlayacağıq” - Nazir delimitasiyanın DETALLARINI AÇIQLADI
13:54 09.09.2026
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm