Bakıda bəzi məktəblər altı günlük qrafikə keçdi
Yusif Nəzərli
14:15 08.10.2021
Gündəm
332
Bakıda bir neçə ümumtəhsil müəssisəsi altı günlük qrafikə keçib.
“Report”un əldə etdiyi məlumata görə, buna səbəb təhsil proqramlarının təhsilalanlar tərəfindən tam mənimsənilməsini təmin etməkdir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) “Report”un sorğusuna cavab olaraq bildirilib ki, BŞTİ-nin tabeliyində olan məktəblərin 45-i 6 günlük qrafiklə fəaliyyət göstərir:
“Məktəbin iş rejimi onun maddi-tədris bazası və kadr potensialı nəzərə alınmaqla, Pedaqoji Şuranın iclasında müzakirə olunur və kollegial qərar əsasında məktəb rəhbərliyi tərəfindən tənzimlənir”.
Qeyd edək ki, sentyabrın 22-də Azərbaycanda fəaliyyət göstərən orta məktəblərin ibtidai (I-IV) siniflərində, sentyabrın 29-dan isə yuxarı siniflərdə (V-XI) ənənəvi formada yeni dərs ili başlayıb. Tədris olunmayan dərs saatları il ərzində tətil günləri hesabına bərpa ediləcək. Ümumi təhsil pilləsinin ibtidai təhsil səviyyəsi üzrə payız tətili günlərindən 16-18 noyabr, qış tətili günlərindən isə 27, 28 yanvar tarixləri dərs günləri hesab ediləcək.
Ümumi təhsil pilləsinin ümumi orta və tam orta təhsil səviyyələri üzrə, eləcə də təhsil fəaliyyətini həyata keçirən digər müəssisələrdə payız tətili günlərindən 16-19 noyabr, qış tətili günlərindən 27, 28 və 31 yanvar tarixləri dərs günləri hesab ediləcək.
Xatırladaq ki, oktyabrın 2-dən etibarən həftəsonu ictimai nəqliyyat qadağası aradan qaldırılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
07:57 27.09.2026
Sağlamlıq
Ancelina Coli evini 24,75 milyon dollara satdı
06:09 27.09.2026
Şou
Əraqçi: İran Hörmüz boğazı ilə bağlı şərtlərini dəyişməyəcək
04:23 27.09.2026
Dünya
Rumıniyada üç siyasətçi dövlətə xəyanətdə ittiham olunub
04:00 27.09.2026
Dünya
İstanbulda şəhidlər yad ediliblər
03:54 27.09.2026
Cəmiyyət
ABŞ-dan qayıdan Pezeşkiandan ilk açıqlama
03:35 27.09.2026
Gündəm
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
03:11 27.09.2026
Hadisə
Şəkər xəstələrində ürəyi gücləndirən ədviyyat
02:40 27.09.2026
Sağlamlıq
Tramp Ukrayna münaqişəsinin həlli üzərində işlədiyini bildirib
02:11 27.09.2026
Dünya
Azərbaycanın XİN 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
01:37 27.09.2026
Gündəm
Müctəba Xamenei xəstəxananın dağıntıları altından çıxarılıb
01:17 27.09.2026
Dünya
Hər şeyə çatdırırsan… Özünə isə gecikirsən
00:31 27.09.2026
Cəmiyyət
Çin İrana hücum etmək üçün kömək edibmiş
23:07 26.09.2026
Dünya