Bakıda bir gündə yeddi nəfər itkin düşdü - Polis səbəbləri açıqlayır
10:09 31.08.2019
Gündəm
428
Bakının polis şöbələrinə avqustun 29-da itkin düşmə ilə bağlı yeddi müraciət daxil olub.
Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat veriblər.
İtkin düşənlərdən üçü yetkinlik yaşına çatmayıb. Belə ki, Mərdəkan qəsəbəsinin 2004-cü il təvəllüdlü sakini Həsənov Ceyhun İsa oğlu avqustun 27-də evdən çıxaraq geri qayıtmayıb. Onun valideynləri avqustun 29-da kömək məqsədilə 1-ci Polis bölməsinə müraciət ediblər.
Avqustun 11-də eyni təvəllüdlü Məmmədov Mehdixan Elşən oğlu Suraxanı rayonunun Hövsan qəsəbəsində itkin düşüb. O, evi tərk edib. Bu günədək E.Məmmədovun yeri barədə heç bir məlumat yoxdur. Maraqlıdır ki, 15 yaşlı E.Məmmədovun itkin düşməsi barədə ərizə avqustun 29-da polisə daxil olub.
Ağstafa rayonunun 2002-ci il təvəllüdlü sakini Qocayev Hikmət Saday oğlu Nizami rayonunda yoxa çıxıb. Onu axırıncı dəfə Çobanzadə küçəsindəki 75 nömrəli binanın qarşısında görüblər.
Digər hallarda isə üç kişi və bir ruhi xəstə olan qadın itkin düşüb. Onlar avqustun 26-da evdən çıxıblar. Bu arada, Nəsimi Rayon Polis İdarəsinin əməliyyatçıları bu günlərdə Sumqayıt ərazisində itkin düşən Aysun İsmayılova adlı qızı tapıblar.
İtkin düşmə faktlarını şərh edən Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri, polis mayoru Elşad Hacıyev Oxu.Az-a bildirib ki, bu kateqoriyalı faktlar üzrə kriminal risklər yoxdur.
Yalnız iki halda kriminal risk müşahidə edilib – bunlar iyunda üç yaşlı uşağın itməsi və bu yaxınlarda azyaşlı qardaş və bacının yoxa çıxması hadisələridir. Aparılmış operativ-axtarış tədbirləri nəticəsində sözügedən cinayətlərin üstü tam açılıb, şübhəlilər – dilənçiliklə məşğul olan və avara həyat tərzi sürən qadınlar saxlanılaraq istintaqa təhvil verilib.
"İnsanların evi gizlincə tərk etmələri ilə bağlı faktlar mövcuddur. Onlar ya qohumları, ya da tanışlarının evinə gedir, öz evlərində isə bu barədə heç kəs xəbər tutmur. Buna səbəb isə çox vaxt ailə üzvləri arasında məişət zəminindəki fikir ayrılıqları olur. Bütün hallarda müraciətlərə polis tərəfindən operativ reaksiya göstərilir və müvafiq tədbirlər görülür", - E.Hacıyev qeyd edib.
Qeydə alınmış faktların ümumi təhlili göstərir ki, onlarda kriminal risk yoxdur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bayramda diqqətli olun - Qırmızı ət və desert...
05:25 26.05.2026
Sağlamlıq
Toral Bayramov “Qarabağ”dan getdi
04:00 26.05.2026
Futbol
İspaniyada daha bir nəfərdə hantavirus aşkarlanıb
03:33 26.05.2026
Dünya
Səhərlər gözdə problem insultdan xəbər verə bilər
02:54 26.05.2026
Sağlamlıq
Ondan sonra bir daha evlənməyi düşünmür
02:22 26.05.2026
Şou
Köçəryan Azərbaycanla bağlı "vəd" verdi
01:27 26.05.2026
Cənubi Qafqaz
Braziliya prezidenti radioterapiya kursuna başladı
01:05 26.05.2026
Dünya
Pezeşkian: Əli Xamenei ABŞ ilə danışıqlara qarşı olmayıb
00:43 26.05.2026
Region
İsrail ordusu Livana yenidən zərbə endirməyə başlayıb
00:22 26.05.2026
Dünya
İranda internetlə bağlı mühüm qərar: Pezeşkian təsdiqlədi
23:40 25.05.2026
Region
Rumıniyanın Prezidenti İlham Əliyevi təbrik edib
23:05 25.05.2026
Rəsmi
Bolqarıstanda NATO-nun quru qoşunlarının təlimləri keçiriləcək
22:31 25.05.2026
Dünya
Keniya prezidenti İlham Əliyevi təbrik edib
22:00 25.05.2026
Rəsmi
Neftin qiyməti 94 dollardan aşağı düşüb
21:35 25.05.2026
İqtisadiyyat
Vanqa proqnozları: 2026-da Rusiyada liderlik dəyişikliyi...
20:31 25.05.2026
Gündəm