Bakıda ilk dəfə tibb təhsili üzrə beynəlxalq konfrans keçirilir
Yusif Nəzərli
07:55 09.10.2023
Gündəm
394
Bakıda Tibb Təhsili üzrə VIII Beynəlxalq Konfransın (International Conference on Medical Education, ICME) açılış mərasimi keçirilir.
"Report" xəbər verir ki, Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti və Pakistanın Riphah Beynəlxalq Universitetinin birgə təşkilatçılığı ilə reallaşan tədbirdə dünyanın 20-dən çox ölkəsindən tibb təhsili sahəsinin aparıcı mütəxəssisləri iştirak edirlər.
Bildirilib ki, konfransda tibb təhsilinin bütün aspektlərini əhatə edən mövzuların müzakirəsi iştirakçılar üçün böyük imkanlar açmış olacaq.
Açılış mərasimindən sonra konfrans işini müxtəlif mövzular üzrə simpoziumlarla davam etdirəcək. Simpoziumlarda simulyasiya əsaslı təlim, səriştələrin öyrədilməsi, koqnitiv bacarıqların aşılanması, kompüter texnologiyaları və süni intellektin tətbiqi kimi günümüzün aktual məsələləri müzakirə ediləcək.
Oktyabrın 10-dək davam edəcək konfransda tibb təhsili sahəsində dünyanın 30-dan çox tanınmış ekspertinin ən aktual mövzularda məruzələri səsləndiriləcək, "Ekspertlər nə deyir?" sessiyalarında tibb təhsili və təliminə dair ən qabaqcıl, yeni yanaşmalar və təcrübələr təqdim olunacaq.
Qeyd edək ki, indiyədək ICME konfransı iki ildən bir olmaqla Əbu Dabi, Mavriki, İstanbul, Ottava və İslamabadda keçirilib. Bundan əvvəl konfrans 2021-ci ildə İndoneziya İslam Universiteti ile birgə virtual formatda baş tutub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm