Bakıda küçə ticarəti: 216 nəfər saxlanıldı
05:36 29.08.2019
Gündəm
508
Bakı Şəhər Baş Polis İdarəsi və tabeli orqanları avqustun 28-də jurnalistlərin iştirakı ilə birgə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, inzibati hüquqpozmalara qarşı gücləndirilmiş darama ̶ əməliyyat-profilaktik, profilaktik-maarifləndirmə tədbirləri keçirib.
Bakı şəhər Baş Polis İdarəsi Mətbuat Xidmətindən verilən məlumata görə, paytaxtın bütün rayonlarını əhatə edən gücləndirilmiş tədbirlərə televiziyalar, informasiya agentlikləri, xəbər saytları, çəkiliş reportyor qrupları cəlb olunmaqla hüquq pozuntularının profilaktikası, küçə ticarəti, avara və dilənçiliklə məşğul olma ilə yanaşı, şəhər görkəminə xələl gətirən, antisanitariya, avtomobil yollarında hərəkətin təhlükəsizliyi, xüsusilə, müəyyən olunmayan yerlərdə – səkilərdə, piyada keçidlərində avtomobillərin saxlanılması və digər hallarla bağlı fəal iş aparılıb.
Əməliyyat və profilaktiki tədbirlər nəticəsində müxtəlif növ cinayət törətdiklərinə görə axtarışı elan olunan 30 nəfərin yeri müəyyənləşdirilərək saxlanılıb, küçə ticarəti ilə məşğul olduqlarına görə 216, 52 nəfər avara və dilənçiliklə məşğul olduqlarına görə, eləcə də xırda xuliqanlıq, xırda talama, antisanitariya və digər sosial-neqativ hallar aşkar olunub.
Bununla yanaşı, yol hərəkəti qaydalarını pozan ümumilikdə 1841, o cümlədən kobud qayda pozuntusuna yol verən 937 sürücü barəsində İXM-nin müvafiq maddələri ilə inzibati xəta haqqında protokollar tərtib olunub, çoxavazlı səs siqnalları, səs boğucular, sayrışan işıqlar və qanunla qadağan olunan digər əlavə avadanlıqlar quraşdırılan, eləcə də konstruksiyasında dəyişiklik edilən 16, avtomaşını sərxoş halda idarə edən 14 sürücü, 4 avtoxuliqan və yolu müəyyən olunmayan yerdən keçən 355 piyada müəyyən olunub.
Aşkarlanan hər bir hüquqa zidd əmələ görə qanunvericiliyin tələblərinə uyğun olaraq, müvafiq tədbirlər görülüb.
Əməliyyat-profilaktik, profilaktik-maarifləndirmə tədbirləri çərçivəsində ictimai təhlükəsizlik idarə və şöbələrinin, post patrul, yol polisi və digər xidmətlərin əməkdaşları ilə birgə KİV nümayəndələri vətəndaşlarla fərdi profilaktik söhbətlər aparıb, şəhər sakinlərinin məsuliyyət hissinin artırılması, hüquqi düşüncənin formalaşması istiqamətində tövsiyələr veriblər.
Paytaxtda xidmətin nümunəvi təşkili və aparılması, asayişin, vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması nəzarətdə saxlanılmaqla, müvafiq tədbirlər davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bayramda diqqətli olun - Qırmızı ət və desert...
05:25 26.05.2026
Sağlamlıq
Toral Bayramov “Qarabağ”dan getdi
04:00 26.05.2026
Futbol
İspaniyada daha bir nəfərdə hantavirus aşkarlanıb
03:33 26.05.2026
Dünya
Səhərlər gözdə problem insultdan xəbər verə bilər
02:54 26.05.2026
Sağlamlıq
Ondan sonra bir daha evlənməyi düşünmür
02:22 26.05.2026
Şou
Köçəryan Azərbaycanla bağlı "vəd" verdi
01:27 26.05.2026
Cənubi Qafqaz
Braziliya prezidenti radioterapiya kursuna başladı
01:05 26.05.2026
Dünya
Pezeşkian: Əli Xamenei ABŞ ilə danışıqlara qarşı olmayıb
00:43 26.05.2026
Region
İsrail ordusu Livana yenidən zərbə endirməyə başlayıb
00:22 26.05.2026
Dünya
İranda internetlə bağlı mühüm qərar: Pezeşkian təsdiqlədi
23:40 25.05.2026
Region
Rumıniyanın Prezidenti İlham Əliyevi təbrik edib
23:05 25.05.2026
Rəsmi
Bolqarıstanda NATO-nun quru qoşunlarının təlimləri keçiriləcək
22:31 25.05.2026
Dünya
Keniya prezidenti İlham Əliyevi təbrik edib
22:00 25.05.2026
Rəsmi
Neftin qiyməti 94 dollardan aşağı düşüb
21:35 25.05.2026
İqtisadiyyat
Vanqa proqnozları: 2026-da Rusiyada liderlik dəyişikliyi...
20:31 25.05.2026
Gündəm