Baş Epidemioloq əhaliyə səsləndi: “İnsanların sıx olduğu yerlərə getməyin”
08:03 24.02.2020
Gündəm
526
“Azərbaycanın İranla sərhədi bağlaması insanları təlaşlandırmasın. Bu sadəcə, təhlükəsizlik məqsədi ilə atılan addımdır. Çünki iki ölkə arasında gediş-gəliş kifayət qədər çox olurdu. Yaxşı olar ki, insanlar sağlamlıqlarını qorumaq üçün nəinki İrana, ümumiyyətlə ölkə daxilində də əhalinin sıx olduğu yerlərə getməsinlər”.
Bunu Oxu.Az-a açıqlamasında Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev deyib.
O bildirib ki, virusdan qorunmaq üçün mütləq şəkildə maskalardan istifadə etsinlər:
“Koronavirusu bu qədər böyütmək olmaz. Virus xəstəliklər insanlar yaranandan mövcud olub və olacaq. Koronavirus da onlardan biridir. Düzgün və sağlam qidalanmaqla, maskalardan istifadə etməklə və insanlarla ünsiyyəti maksimum dərəcədə azaltmaqla hava yolu ilə keçən bütün xəstəliklərdən qorunmaq olar.
Adi respirator infeksiyaları belə insanlar arasında sürətlə yayıla bilir. Buna səbəb isə insanların qorunmamasıdır. Xəstə şəxslərdən kənar durmaq, qoruyucu maskalardan istifadə etmək vacibdir. Bu gün Səhiyyə Nazirliyi, eləcə də digər qurumlar təhlükəsizlik məqsədi ilə kifayət qədər ciddi addımlar atıblar. İnsanlar özlərini qorumasa, fərd olaraq onları bir-bir qorumaq mümkün deyil. Vacib olmadığı təqdirdə nə İrana, nə də bu virusun yayıldığı digər ölkələrə getmək, həmin ölkələrdən gələn şəxslərlə təmasda olmaq məsləhət görülmür. Hətta deyərdim ki, ehtiyac yoxdursa evdən bayıra çıxmamaq daha yaxşı olardı”.
İ.Ağayev sonra qeyd edib ki, insanların öpüşüb-görüşməsi bütün hallarda yanlışdır:
“Hər zaman demişəm ki, havada müxtəlif virus infeksiyaları var. İnsanlar bir-biri ilə öpüşüb-görüşməməlidir. Buna nə ehtiyac var? Bununla onlar hava yolu ilə yoluxan müxtəlif xəstəliklərə tutula bilərlər. Bu birbaşa xəstəliyin orqanizmə düşməsi üçün şəriat yaradan amildir. Azərbaycanda bu günədək koronavirus şübhəsi ilə bağlı heç bir fakt qeydə alınmayıb. Rəsmi olaraq Səhiyyə Nazirliyinin dediyi informasiyaya inanmaq lazımdır. Təxribat xarakterli yayılan, rəsmi olmayan heç bir məlumata inanmayın. Azərbaycanda müxtəlif qurumlar onsuz da önləyici profilaktik tədbirlər həyata keçirir. Sərhəd ölkə olduğu üçün bir qədər daha ehtiyatlı olmaqda fayda var. Amma bu o demək deyil ki, İranda bu virusa yoluxan şəxslər aşkar edilibsə, Azərbaycanda da mütləq olacaq”.
Nazirliyin baş epidemioloqu Azərbaycan vətəndaşlarına müraciət edib.
O qeyd edib ki, adi respirator infeksiyalarına yoluxan şəxslərin məktəbə və ya işə getməsi doğru deyil:
“Hər zaman demişəm ki, hava yolu ilə yoluxa biləcək xəstəliklərə (respirator infeksiyalar) yoluxan insanlar sağalana qədər ev şəraitində olmalıdırlar. İşə götürən şəxslər digər əməkdaşlarının sağlamlığını qorumaq məqsədi ilə həmin işçilərə icazə verməlidirlər. Əks təqdirdə ən yüngül infeksiyon xəstəliklər belə qısa zamanda yayıla bilir. “Respirator sindromu olanlar mütləq maska taxmalıdırlar. Yaxşı olar ki, xəstə insanlar ya ev, ya da ağır olacağı təqdirdə xəstəxana şəraitində müalicə alsınlar. Hər respirator virus infeksiyası əlaməti olan şəxslərə koronavirusa yoluxub demək olmaz. Respirator xəstəliklər mövsümi xarakter daşıyır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya