Bayramov: "Paşinyanın ziddiyyətli açıqlamaları sülh prosesinin gələcəyini sual altında qoyur"
14:03 13.09.2023
Gündəm
436
"Ermənistanın baş naziri Nikol Paşinyanın ziddiyyətli açıqlamaları sülh prosesinin gələcəyini sual altında qoyur".
"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveçrədə Cenevrə Universitetinin Qlobal Araşdırmalar İnstitutu ilə birgə təşkil olunan “Regional təhlükəsizlik və Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı” mövzusunda dəyirmi masada çıxışı zamanı deyib.
Cənubi Qafqaz və Mərkəzi Asiya bölgələrinin, o cümlədən baş verən regional proseslərin əlaqəliliyindən bəhs edən nazir son dövrlər ərzində həm ikitərəfli əsasda, o cümlədən çoxtərəfli platformalar çərçivəsində münasibətlərin inkişafında intensivliyin müşahidə olunduğunu bildirib. İqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, bağlantılar və s. sahələr ilə regional əməkdaşlığın perspektivlərinin mövcud olduğu, xüsusilə Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizinin əhəmiyyətinin artdığı bir şəraitdə bu sahədə əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsinin vacibliyi vurğulanıb.
Regional təhlükəsizlik məsələlərindən bəhs edən Ceyhun Bayramov Ermənistanın Azərbaycan və Ermənistan arasında mövcud kövrək normallaşma və sülh gündəliyini təhlükəyə atan davranışlarının bölgədəki sabitliyə təhdid olduğunu bildirib. Bu xüsusda son olaraq bir tərəfdən Laçın yolu ətrafında vəziyyətlə bağlı guya bölgədə “gərgin humanitar vəziyyət” və “blokada”nın mövcudluğu ilə əlaqədar əsassız iddiaların səsləndirilməsinin, digər tərəfdən Qarabağ bölgəsində yaşayan erməniəsilli sakinlərin tələbatlarının ödənilməsi üçün Azərbaycanın Ağdam-Xankəndi və Laçın yollarının eyni zamanda istifafə edilməsi təkliflərinin rədd edilməsinin bu ölkənin bir-biri ilə ziddiyyət təşkil edən addımlarının nümunələrindən sadəcə biri olduğu diqqətə çatdırılıb.
Nazir həmçinin Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı verdiyi bəyanata baxmayaraq, ərazilərimizdə separatizmi təşviq edən ziddiyyətli açıqlamalar səsləndirməsinin anlaşılan olmaması ilə yanaşı, sülh prosesinin gələcəyini sual altında qoyduğunu bildirib.
Bu xüsusda bölgədə gedən proseslər və regional vəziyyətin beynəlxalq ictimaiyyət tərəfindən düzgün anlaşılması, habelə Ermənistanın sülh prosesinə zərbə vuran qeyri-sabit davranışlarının qınanmasının vacibliyi vurğulanıb.
Daha sonra müzakirələr sual-cavab sessiyası ilə davam edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat