Berlində qalmaqal: Pəhləviyə hücum - üzərinə qırmızı maye atıldı

Almaniyanın paytaxtı Berlində İranın devrilmiş şahı Məhəmməd Rza Pəhləvinin oğlu Rza Pəhləviyə qarşı insident baş verib.

Sherg.az xəbər verir ki, məlumata görə, Pəhləvi Federal Mətbuat Evində keçirdiyi mətbuat konfransından sonra binadan çıxarkən naməlum şəxs onun üzərinə qırmızı maye atıb. Maye onun kürəyinə və boyun nahiyəsinə düşüb.

Hadisədən dərhal sonra şübhəli şəxs yerə yıxılaraq saxlanılıb və polis tərəfindən nəzarətə götürülüb.

Pəhləvi isə insidentdən sonra avtomobilinə minərək ərazidən uzaqlaşıb. Hadisənin motivi ilə bağlı araşdırma aparılır.