ABŞ hökumətinin İrana qarşı müharibəni maliyyələşdirmək üçün kifayət qədər vəsaiti var, lakin gələcəkdə ordu üçün kifayət qədər təchizatı təmin etmək üçün Konqresdən əlavə maliyyələşdirmə istəyir.
"Report" xəbər verir ki, bu barədə ABŞ maliyyə naziri Skott Bessent bildirib.
Nazir həmçinin dəqiq məbləği təsdiqləmədən müharibəni maliyyələşdirmək üçün vergilərin artırılmasını da istisna edib.
"Bu müharibəni maliyyələşdirmək üçün kifayət qədər pulumuz var. Söhbət əlavə maliyyələşdirmədən gedir. Prezident Tramp birinci müddətində olduğu kimi, ikinci müddətində də ordunu gücləndirib və gələcəkdə silahlı qüvvələrin lazım olan hər şeylə yaxşı təchiz olunmasını təmin etmək istəyir".
Xatırladaq ki, ABŞ müdafiə naziri Pit Heqset ötən həftə bildirib ki, artıq görülən və gələcəkdə görülməsi lazım ola biləcək tədbirlər üçün adekvat maliyyələşdirməni təmin etmək üçün əlavə vəsait tələb olunur.