Beynəlxalq Konfransın 20-ci sessiyasında Bakı Bəyannaməsi qəbul edilib

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyası çərçivəsində Bakı Bəyannaməsi qəbul edilib.

APA xəbər verir ki, Bəyannamədə İƏT Parlament İttifaqının Nizamnaməsində təsbit olunmuş məqsədlərə sadiqlik, həmçinin İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Nizamnaməsi, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi və beynəlxalq hüququn məqsəd və prinsiplərinə hörmət etmək öhdəliyi bir daha təsdiq edilib.

Eyni zamanda İƏT Parlament İttifaqı komitələrinin hesabatları qəbul olunub.

Qeyd edək ki, 400-dən artıq nümayəndənin iştirak etdiyi tədbir bu gün yekunlaşacaq.