Bilmək lazımdır ! – «Düşmən daim eşidir, görür, oxuyur» -Sirr verməyin !
Banuçiçək Kalbalıyeva
14:27 24.09.2020
Gündəm
849
«Sosial şəbəkədəki fəaliyyətimizdə diqqətli olmalı, özünüsenzura tətbiq etməliyik»
«Ümumiyyətlə, internet resurslarından doğru-düzgün istifadə olunmalıdır»
Aprel döyüşlərində, Tovuz hadisələrində olanlar yenə təkrarlanır: ermənilər informasiya məkanında da təxribatlar törədir, hər cür naqisliklərə əl atırlar. Və nəticədə informasiya təhlükəsizliyi məsələsi istər-istəməz yenidən gündəmə gəlir. Təəssüf ki, bəzən bilmədən düşmənə kömək edirik. Sosial şəbəkələrdə məxfi məlumatları paylaşaraq, müzakirə edərək qarşı tərəfi məlumatlandırırıq. Onlar da bunlardan ustalıqla yararlanıb sərhəddə təxribatlar törədirlər.
Bəzən də düşmənin təxribatlarına aldanırıq. Yəqin, xatırlayarsınız, cəmi bir neçə ay əvvəl Azərbaycan dilində səlis danışan bir erməninin yaydığı dezinformasiya cəmiyyətimizdə böyük təşviş yaratmış, ajiotaja səbəb olmuşdu. Deməli, bu kimi məqamlara qarşı diqqətli olmalı, düşmənin tülkütək hiyləgər, ilantək zəhərli olduğunu unutmamalıyıq.
informasiya təhlükəsizliyi barədə «Sherg.az»a danışan hərbi jurnalist, Qarabağ qazisi Rey Kərimoğlu bildirib ki, bu məsələyə dair dövlətin xüsusi Qanunu var:
"Həmçinin Müdafiə Nazirliyinin təlimatları, çap və elektron formada hazırladğı bukletlər də birbaşa konkret istiqamətlə bağlı maarifçiliyə xidmət edir. Amma bu həm də şəxsin dünyagörüşünə, əxlaqına uyğun məsələdir.
Bilmək lazımdır ki, düşmən daim eşidir, görür, oxuyur. Deməli, sosial şəbəkədəki fəaliyyətimizdə diqqətli olmalı, özünüsenzura tətbiq etməliyik.
Ümumiyyətlə, internet resurslarından doğru-düzgün istifadə olunmalıdır. Hərbi hissənin yeri, relyefi, hərbi hissəsinin dislokasiyası, texnikanın hərəkəti barədə məlumat vermək, o cümlədən onun fotosunu, videosunu paylaşmaq və s. adını çəkdiyim Qanunla qadağandır.
Bunlara əməl olunmadığı halda ciddi problemlər meydana çıxa bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul etdi
16:01 08.10.2026
Gündəm
Abşeronda motoxuliqanlıqla bağlı 23 nəfər saxlanılıb
15:54 08.10.2026
Hadisə
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edilib
15:31 08.10.2026
Cəmiyyət
Rusiya Ermənistana Fransa ilə bağlı xəbərdarlıq etdi
15:05 08.10.2026
Dünya
Rubio: Tramp Türkiyənin F-35-ləri almasını istəyir
14:59 08.10.2026
Dünya
Alimləri təəccübləndirən KƏND: Ölümsüzlüyün sirrini tapıblar?
14:57 08.10.2026
Sağlamlıq
Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb
14:49 08.10.2026
Hərbi
ADY Çindən bu il 416 blok-qatar qəbul edib
14:01 08.10.2026
İqtisadiyyat
Husilər Türkiyə PUA-sını vurdular
13:51 08.10.2026
Dünya
Putin İlham Əliyevlə görüşəcək
13:07 08.10.2026
Gündəm
40 minədək şəxsə əlillik təyin olunub
13:01 08.10.2026
Sosial
Bakıda 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
12:53 08.10.2026
İnfrastruktur
Paşinyan: Azərbaycan əsgəri ömürlük Ermənistanda qala bilməz
12:52 08.10.2026
Aktual
Paşinyan: Sülh sazişi imzalanmalı, ratifikasiya edilməlidir
12:28 08.10.2026
Gündəm
Baş nazir: Köçəryan çoxdan həbs edilməliydi
12:19 08.10.2026
Region