"Bloomberg" yazır ki, Ağ Ev ABŞ-nin İrana qarşı əməliyyatı zamanı Donald Tramp üzərindəki xarici təzyiqlərə qarşı dura bilməyib.
Sherg.az xəbər verir ki, məlumata görə, Trampı İrana zərbə endirməyə sövq edənlər arasında Benjamin Netanyahu, media maqnatı Rupert Murdoch və konservativ mövqeli media fiqurları olub.
Bildirilir ki, Trampın yaxın komandası vitse-prezident Cey Di Vens, dövlət katibi Marko Rubio və aparat rəhbəri Susan Viles - daha ehtiyatlı mövqe tutsa da, onun qərarlarına ciddi etiraz edən az sayda şəxs olub.
Agentlik qeyd edir ki, bu vəziyyət Trampın komandası daxilində ona qarşı müqavimətin zəif olduğunu və qərarların məhdud çevrənin təsiri ilə formalaşdığını göstərir.