BMT-də çıxış etməyə hazırlaşan Tramp Putini müharibəni dayandırmağa çağırıb

ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasının ümumi siyasi debatlarında çıxış etmək üçün təşkilatın Nyu-Yorkda yerləşən binasına gəlib.

APA xəbər verir ki, jurnalistlərdən biri Trampdan Rusiya Prezidenti Vladimir Putinə mesajının nə olduğunu soruşub.

“Müharibəni dayandırın”, — deyə Tramp cavab verib.