BMT Təhlükəsizlik Şurası İranı qınayan qətnamə qəbul edib

BMT Təhlükəsizlik Şurası (TŞ) İranı ərəb ölkələrinə hücumları dayandırmağa çağıran qətnamə qəbul edib.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, qəbul edilmiş sənəddə ABŞ və İsrailin İrana hücumları qeyd olunmayıb.

Qətnamə Bəhreyn tərəfindən Fars körfəzi ölkələrinin dəstəyi ilə hazırlanıb . Sənədin lehinə TŞ-nin 15 üzvündən 13-ü səs verib. Rusiya və Çin səsvermədə bitərəf qalıblar.

Sənəddə qeyd olunur ki, BMT İran İslam Respublikasının Bəhreyn, Küveyt, Oman, Qətər, Səudiyyə Ərəbistanı, BƏƏ və İordaniya ərazilərinə qarşı yolverilməz hücumlarını ən sərt formada pisləyir.

Ölkələr İranın bu cür hərəkətlərini beynəlxalq hüququn pozulması hesab edirlər. Sənəddə, həmçinin İran hökumətinin Hörmüz boğazını bloklamaq üzrə hərəkətləri pislənilir.