Avropa İttifaqının xarici siyasət rəhbəri Kaja Kallas bildirib ki, Aİ Ukrayna üçün 90 min hərbçinin hazırlanmasını təmin edib.
məlumata görə, bu barədə o, Lüksemburqda Aİ xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında danışıb. Sherg.az xəbər verir ki, məlumatı TASS agentliyi "Reuters"-ə istinadla yayıb.
Kallasın sözlərinə görə, Avropa İttifaqı Ukraynaya hərbi dəstəyin əsas təminatçılarından biri olaraq qalır.
Qeyd edək ki, bundan əvvəl Macarıstanın “Tisa” partiyasının lideri Peter Magyar Ukraynaya silah verilməsinin və ölkənin Aİ-yə sürətlə qəbul edilməsinin əleyhinə çıxış etmişdi.