
Böyük qayıdış genişlənir!
Yusif Nəzərli
14:13 08.09.2023
Gündəm
569
Sentyabr 7-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 25 ailə - 102 nəfər köçürülüb.
Növbəti köç mərhələsini "Sherg.az"a dəyərləndirən millət vəkili Vüqar Bayramov bildirib ki, Füzulidə məskunlaşma ilə Qarabağa böyük qayıdış başladı:
"Nəzərə alsaq ki, bundan öncə Şərqi Zəngəzurda, Zəngilan və Laçında böyük qayıdışa start verilmişdi. Praktik olaraq artıq Qarabağda böyük qayıdışın genişlənməsini müşahidə edirik. İlin sonuna qədər 800 ailə Füzuli şəhərində məskunlaşacaq. Eyni zamanda Füzuli şəhəri ilə yanaşı Dövlətyarlı, Dədəli və Pirəhmədli kəndlərində də bərpa yenidənqurma işlərinə başlanılır. Artıq Dövlətyarlıda ikinci ağıllı kənd inşa edilməkdədir. Çox qısa zamanda biz Qarabağ və Şərqi Zəngəzurda bərba yenidənqurmasını müşahidə edirik. Bütün bunlar Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən işlərdir. Cənab Prezidentin qeyd etdiyi kimi Azərbaycan hansısa, yardım almadan yalnız öz daxili maliyyə mənbələri hesabına Qarabağ və Şərqi Zəngəzuru yenidən qurur. 30 illik işğal nəticəsində tamamilə dağıdılmış və kifayət qədər böyük ərazilərimiz bu gün bərpa mərhələsinə qədəm qoyub. Məhz Azərbaycan Prezidentinin rəhbərliyi ilə iki Beynəlxalq hava limanı istifadəyə verilib. Gələn il Laçında Beynəlxalq hava limanı istifadəyə veriləcək".

V. Bayramov vurğulayıb ki, Füzulini təmsil edən millət vəkili olaraq oraya qayıtmaq və yaşamağı düşünür:
"Mərhələli şəkildə qayıdış prosesi həyata keçiriləcək. Xüsusilə mənzil şəraiti nisbətən yaxşı hesab edilməyən vətəndaşlarımız qayıdışı təmin olunur. Doğulub boya-başa çatdığım kəndim də uzun müddət işğal altında qaldı. Təxminən 2025-ci ildə həmin kəndin də qonşu ərazilər ilə birgə bərpası nəzərdə tutulub. Bütün bu imkanları bizə yaradan isə Ali Baş Komandan İlham Əliyev və onun rəhbərliyi ilə şanlı Azərbaycan ordusudur. Biz Füzulilər Ali Baş Komandanımıza və ordumuza minnətdarıq. Eyni zamanda Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat