Böyük Qayıdışa dair Proqramın icrası ilə bağlı monitorinqlərin nəticələri müzakirə olunub
Böyük Qayıdışa dair Proqramın icrası ilə bağlı monitorinqlərin nəticələri müzakirə olunub
12:00 17.05.2024
Gündəm
430
15-17 may 2024-ci il tarixlərində Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatının rəhbəri Rüfət Məmmədovun rəhbərliyi ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası ilə bağlı 2023-cü ildə və 2024-cü ilin 4 ayı ərzində aparılan monitorinqlərin nəticələrinə dair Azərbaycan Respublikası Nazirlər Kabinetində müşavirə keçirilib.
Nazirlər Kabinetindən APA-ya verilən xəbərə görə, müşavirədə Dövlət Proqramının icrası ilə bağlı aidiyyəti dövlət qurumlarının rəhbərlərinin müavinləri və digər məsul şəxslər iştirak edib.
Müşavirədə 2023-cü il və cari ilin 4 ayı üzrə monitorinq hesabatları təqdim olunmuş, təkliflər dinlənilib və Dövlət Proqramının növbəti mərhələdə qarşıda duran vəzifələrinin icrasına dair müzakirələr aparılıb.
Müzakirələr zamanı müşahidə olunan əsas çətinliklər və növbəti müddətdə diqqət yetirilməli istiqamətlər vurğulanıb, Dövlət Proqramının icrası müddətində həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr, aparılan quruculuq işləri Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsi və əhalinin dayanıqlı məskunlaşmasını təmin edəcəyi qeyd olunub.
Müşavirədə həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 13 dekabr tarixli 942s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2024-2026-cı illərdə əhalinin məşğulluq imkanlarının artırılmasına dair Tədbirlər Planı”nın icrası ilə əlaqədar əhalinin qayıdış ardıcıllığı nəzərə alınmaqla məşğulluq imkanlarının qiymətləndirilməsi və vakansiyalar üzrə işin aparılması, peşə təhsilinin və hazırlığının təşkili, ictimai işlərə və özünüməşğulluq proqramına cəlb edilməsi və digər bu kimi aktiv proqramların dəstəklənməsi istiqamətində işlərin icrasının gedişi barədə də müzakirələr aparılıb.
Dövlət Proqramının icrasına nəzarət işlərinin operativ və dayanıqlı həlli üçün aidiyyəti dövlət qurumlarına müvafiq tövsiyə və tapşırıqlar verilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin-Tramp-Cinpin görüşü hələ təsdiqlənməyib
14:12 28.10.2026
Gündəm
Paşinyan İranla sərhəd məsələsi üzrə işçi qrupu yaradıb
13:36 28.10.2026
Gündəm
Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz
12:58 28.10.2026
Dünya
Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi
12:55 28.10.2026
Cəmiyyət
DYP elektroskuter istifadəçilərinə müraciət edib
12:26 28.10.2026
Sosial
Yarım santım qocalmışam!
12:17 28.10.2026
Sağlamlıq
Zelenski Kiyevin qışa hazırlığını yetərsiz hesab edir
11:45 28.10.2026
Dünya
Bakıda faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılıb öldü
11:35 28.10.2026
Hadisə
“Maraqlar toqquşması haqqında” qanun layihəsi hazırlanıb
11:29 28.10.2026
Gündəm
Azərbaycan lideri Çex Respublikasının Prezidentini təbrik edib
11:10 28.10.2026
Gündəm
Türkiyə bayrağını və Atatürkü təhqir edən müəllim saxlanılıb
10:25 28.10.2026
Hadisə
Rusiya bir gecədə 531 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
09:57 28.10.2026
Dünya
Paşinyanın bəyanatı hakim partiyada narahatlıq yaradıb
09:46 28.10.2026
Gündəm
Qızıl və gümüş ucuzlaşmağa davam edir
09:41 28.10.2026
İqtisadiyyat