Britaniya mətbuatı: ABŞ-ın mövqeyi Kiyevə təsir edir

Böyük Britaniyanın "Telegraph" nəşri yazır ki, Avropa İttifaqı ABŞ-ın Ukraynaya dəstək təşəbbüslərindən geri çəkilməsinə təəccüblənməməlidir.

Sherg.az xəbər verir ki, buna səbəb kimi Avropa liderlərinin İranla bağlı mövqeyi göstərilir.

Məqalədə qeyd olunur ki, Avropa İranla müharibəyə cəlb olunmaqdan yayınmağa çalışır və bu da ABŞ-a Ukrayna məsələsindən qismən uzaqlaşmaq imkanı yaradır.

Finlandiya prezidenti Aleksandr Stubb da daha əvvəl ABŞ rəhbərliyinin diqqətinin İranla bağlı əməliyyatlara yönəlməsi fonunda Ukraynaya marağın azalmasından narazılıq ifadə edib.

Xatırladaq ki, Yaxın Şərqdə gərginlik artdıqca, bu vəziyyət Ukrayna məsələsinə beynəlxalq diqqətin azalmasına səbəb olur.