“Brüssel görüşü effektli nəticə verib” - AKTUAL
Yusif Nəzərli
09:14 16.12.2021
Gündəm
977
“15 dekabrda Aİ-nın Şərq Tərəfdaşlığı Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında Aİ-nın rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə görüşü baş tutub. Əvvəldən təxmin edildiyi kimi Paşinyan üçün Soçi görüşündən daha çox Brüssel görüşü vacib əhəmiyyətə malik hesab edilir. Ona görə də Paşinyan Putinin iştirakı ilə olan görüşdə danışa bilmədiyini Şarl Mişelin yanında daha rahat söyləməyi üstün tutub”.
Bu barədə “Sherg.az”a politoloq Samir Hümbətov bildirib. O qeyd edib ki, görüşdən öncə Azərbaycan prezidentinin NATO-nun baş katibi Yens Stoltonberq ilə keçirdiyi mətbuat konfransında Şarl Mişelin təşkilatçılığı ilə N.Paşinyanla görüşəcək mövzuların detallarına toxunub, bəzi mesajlar verib:
“Ölkə başçısı jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, Ermənistandan keçməklə Azərbaycan və Naxçıvanı birləşdirən quru yolun kağız üzərində təsviri üçtərəfli bəyannamədə tam şəkildə qeyd edilməyib. Bu məsələ gələcəkdə müəyyən ediləcək. Ölkə başçısı Zəngəzur dəhlizinin funksiyası məsələsinə də toxunaraq vurğulayıb ki, bu dəhliz Laçın koridoru ilə eynifunksiyalı və eynihüquqlu olacaq. Yəni, Ermənistan tərəfindən Zəngəzur dəhlizində gömrük postu qoyulacaqsa, Laçın dəhlizində də Azərbaycan tərəfi gömrük keçid məntəqəsi quracaq.
Eyni zamanda ölkə lideri bəyan edib ki, Azərbaycan Qarabağla Ermənistan arasında əlaqələrin təhlükəsizliyini təmin edəcəyi ilə bağlı təminat verir.
Bu da onu göstərir ki, tərəflər arasında qarşılıqlı etimadın və güvənin qurulması üçün Azərbaycan tərəfi istənilən addımı atmağa hazırdır”.
Ekspert görüşdən sonra Ermənistan baş nazirinin danışıqların nəticəsi ilə bağlı fikirlərinə də diqqət çəkib:
“N.Paşinyan bildirib ki, Ermənistandan keçməklə Azərbaycan və Naxçıvanı birləşdirən dəmir yollarının açılması ilə barədə razılıq əldə etdik. O, həmçinin bunu da əlavə edib ki, dəmir yolları vasitəsi ilə Rusiya və İrana çıxış da əldə etmiş oluruq. Eyni zamanda biz ünsiyyəti davam etdirmək barədə də razılığa gəldik”.
Politoloqun qənaətincə, tərəflər arasında görüşlərin keçirilməsi təkcə Rusiyanın deyil, eyni zamanda Aİ-nin da vasitəçiliyi ilə aparıla bilər:
“Rusiyanın tələsik şəkildə Soçi görüşünü təşkil etməsinə baxmayaraq, Brüsseldəki daha effektli nəticə verib. Bunun isə bir neçə səbəbi var. Birincisi, Paşinyan üçün qərbin daha etibarlı olması və əsas dəstəyini qərbdən almasıdır.
İkincisi, Brüsseldə Putinin təsirinin az olması və daha rahat fikir mübadiləsi aparmaq imkanının əldə edilməsidir. Üçüncüsü, Aİ-dan 2,6 milyarda avro yardım almağı düşündüyü və buna görə də orta razılığa gəlməyə məcbur olduğu üçündür.
Ermənistanla bağlı məsələlərdə Rusiyanın dominatlığını azaltmaq üçün Qərbin də proseslərə cəlb edilməsidir. Təbii ki, Azərbaycan üçün haradan və hansı formatda görüşün keçirilməsi Ermənistan qədər önəmli deyil. Ona görə Azərbaycan istənilən yerdə və istənilən formada görüşə hazır olduğunu atdığı addımlar ilə göstərmiş olub.
Bunun da əsas səbəbi Azərbaycanın qalib tərəf olmasıdır. Ehtimal edildiyi kimi Brüssel danışıqlarının Soçi görüşündən daha məhsuldar olduğunu demək mümkündür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat