Brüsseldə sülhdən heç nə danışmadılar - AKTUAL
Yusif Nəzərli
20:41 05.04.2024
Gündəm
610
ABŞ və Avropa İttifaqı bu görüş vasitəsilə Ermənistanı himayəsi altına aldığını elan etdi
Brüsseldə ABŞ-Avropa Birliyi-Ermənistan rəhbərliyi arasında üçtərəfli görüş baş tutub. Görüşdən sonra Ermənistan Baş naziri Nikol Paşinyan, ABŞ dövlət katibi Antoni Blinken, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen bəyanatlarla çıxış ediblər. Brüsseldə Ermənistana maliyyə və informasiya dəstəyinin veriləcəyi açıqlanıb. ABŞ dövlət katibi Antoni Blinken, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen və Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Jozep Borrell mətbuat qarşısında çıxışlarında Ermənistana təhlükəsizlik təminatı və ya hərbi yardım veriləcəyi barədə heç nə deməyiblər. Görüşdən öncə Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen Ermənistan Baş naziri Nikol Paşinyanla görüşündə deyib ki, Avropa Birliyi növbəti 4 il ərzində Ermənistanın inkişafı üçün 270 milyon avro qrant ayıracaq. Onun sözlərinə görə, AB Ermənistana inkişaf proqramının işlənib hazırlanmasında kömək etməyə hazırdır və bu vəsait biznesin dəstəklənməsi, onların innovasiyalarının inkişafı və xarici bazarlara çıxması üçün ayrılacaq. Lyayen bildirib ki, AB həmçinin regionda iri infrastruktur layihələrinə, o cümlədən Qara dənizin altından sualtı kabel çəkilişinə sərmayə qoymağa hazırdır. Lyayen Paşinyanın təklif etdiyi “Sülh qovşağı” (“Dünyaların kəsişməsi”) təşəbbüsünü alqışlayıb. Lyayenin Ermənistanın Rusiyaya sanksiyaların dəlinməməsi üçün Ermənistanın guya “mübarizə apardığını” deməsi ağ yalandır. Ermənistan Rusiyanın sanksiyalardan yayınmasında misilsiz iştirak edən və bundan milyardlar qazanan ölkədir. Təsadüfi deyil ki, Avropa mediası da dəfələrlə bu mövzunu gündəmə gətirərək, Ermənistanın cəzalandırılmasını tələb edir.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Şərq"ə açıqlamasında bildirib ki, Ermənistana təhlükəsizlik təminatı və ya hərbi yardım məsələlərinin qapalı dairədə müzakirə olunması mümkündür.
Ekspertin sözlərinə görə, görünür, hərbi yardımın indiki mərhələdə açıqlanması lazım bilinməyib: "ABŞ və Avropa İttifaqı rəsmiləri Brüsseldə Qarabağ ermənilərinə maliyyə ayıracaqlarını bildirdilər. Bu maliyyənin Qarabağ ermənilərinin Ermənistan cəmiyyətinə inteqrasiya və yerləşməsi üçün ayrılacağı vurğulandı. Elə bizə də o lazımdır ki, Qarabağ erməniləri Ermənistanda qalıb yaşasınlar, çünki onlar geri dönüb Azərbaycan vətəndaşlığını qəbul etmək istəmirlər. Vaşinqton və Brüssel ermənilərin Qarabağa qayıtmayacağı reallığını qəbul edib. Beləliklə, ABŞ və Avropa İttifaqı Brüssel görüşü vasitəsilə Ermənistanı himayəsi altına aldığını elan etdi. Brüssel görüşünün əsas nəticəsi budur. Vaşinqton və Brüssel faktiki bəyan etdilər ki, Nikol Paşinyanın hakimiyyətini Rusiyanın təzyiqlərindən qorumağa hazırdılar. Ancaq Vaşinqtonun və Brüsselin Ermənistana ayırmağa planlaşdırdıqları maliyyə böyük deyil. Bu, Ermənistanı Rusiyanın iqtisadi təzyiqlərindən qorumaq üçün kifayət etməyəcək. Rusiya Ermənistana satdığı qazın qiymətini artırarsa və ya ümumiyyətlə kəsərsə, İrəvanın bu vəziyyətdən neçə çıxacağı bəlli deyil. Təəssüf ki, Antoni Blinken və digərləri Brüsseldəki ortaq açıqlamalarında Ermənistanın Azərbaycanla sülh sazişi imzalaması vacibliyi barədə heç nə demədilər. Onlar Paşinyanın “sülh kəsişməsi” ideyasına dəstək verdiklərini söylədikləri halda Prezident İlham Əliyevin daha geniş “Qafqaz evi” ideyasına münasibət bildirmədilər. Ursula Fon der Lyayen onu da söylədi ki, Ermənistanın Qara dəniz sualtı kabel vasitəsilə Avropaya təmiz enerji nəqlində maraqlıdırlar. “Biz Ermənistanın “yaşıl enerji” istehsalına və Gürcüstanla daha yaxşı əlaqələnməsinə dəstək verəcəyik” - deyən Avropa İttifaqı rəsmisi bu mövzuda danışarkən layihənin əsas iştirakçısının Azərbaycan olduğunu söyləmədi. Halbuki Avropaya yaşıl enerjinin nəqli ideyası Azərbaycana məxsusdur və Qara dənizin dibi ilə sualtı kabel çəkiləcək. Ermənistanın bu layihəyə qoşulması üçün mütləq şəkildə Azərbaycanla sülh sazişi imzalaması lazımdır. Əks halda Qara dənizin dibi ilə ikinci sualtı kəmər çəkiləcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol
Azərbaycan Avropanın yeni bazarlara çıxışının açarıdır - RƏY
19:37 26.10.2026
Gündəm
Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək
19:31 26.10.2026
Region
Ermənistanın ilk prezidenti tibbi müayinədən keçib
19:25 26.10.2026
Gündəm
Paşinyan: Ermənistanda yeni müxalifət formalaşmalıdır
19:18 26.10.2026
Cənubi Qafqaz
Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstəyi təsdiqləyib
19:10 26.10.2026
Dünya
Ceyhunun qətlinə görə daha iki nəfər barədə qərar
19:02 26.10.2026
Hadisə
İsrail 27 oktyabr seçkilərinə qədər İrana hücum etməyəcək
18:56 26.10.2026
Siyasət
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
18:49 26.10.2026
Siyasət