Bu ölkələrdəki Azərbaycan vətəndaşlarına müraciət edildi
05:48 16.03.2020
Gündəm
585
Azərbaycanın İndoneziyadakı səfirliyi akkreditə olduğu ölkələrdə yeni tip koronavirus (COVlD-19) epidemiyasının sürətlə yayılması ilə bağlı bu ölkələrdə yaşayan vətəndaşlarımıza müraciət edib.
Səfirlikdən verilən xəbərə görə, diplomatik korpusun akkreditə olduğu ölkələr - İndoneziya, Sinqapur, Filippin və Timor-Lestedə yaşayan, təhsil alan və müvəqqəti olaraq burada səfərdə olan vətəndaşlarımızın mümkün müraciətlərinin operativ şəkildə cavablandırılması məqsədilə “Qaynar xətt” (Əlaqə telefonu: +6281295622297; +6281293596611) yaradılıb.
Səfirlik vətəndaşlarımızdan koronavirusdan effektiv şəkildə qorunmaq üçün yaşadıqları ölkələrin müvafiq dövlət orqanlarının yaydığı məlumat və tövsiyələri diqqətlə izləməyi, şəxsi gigiyena, sanitar və digər qaydalara ciddi riayət etməyi, xüsusi zərurət olmadıqda ictimai nəqliyyatdan istifadəni məhdudlaşdırmağı və insanların kütləvi şəkildə toplaşdıqları ərazilərdən çəkinməyi, koronavirusa yoluxma ilə bağlı hər hansı şübhə və ya simptomlar yarandığı halda təcili tibbi müayinədən keçməyi xahiş edir.
Bununla yanaşı, səfirlik rəsmi veb-səhifəsinə və sosial şəbəkələrdəki hesablarına müvafiq məlumatları yerləşdirib və akkreditə olunan ölkələrdə yaşayan vətəndaşlar ilə operativ əlaqənin qurulması üçün ümumi “Whatsapp” qrupu yaradıb. Səfirlik mütəmadi olaraq vətəndaşlarla əlaqə saxlayaraq, onlara mövcud şərait ilə əlaqədar diqqətli olmağı və təlimatlara riayət etməyi tövsiyə edir.
Eyni zamanda, konsulluq sahəsində çalışan əməkdaşların, habelə qəbula gələn vətəndaşlar arasında yoluxma riskinin azadılması məqsədilə təcilli olmayan konsulluq əməliyyatlarının təxirə salındığı və vətəndaşların qəbulunun yalnız əvvəlcədən müəyyən edilmiş görüş vaxtlarında və tək-tək aparılacağı vurğulanıb.
Səfirlikdən verilən məlumata əsasən, bu günə olan tarixə qədər səfirliyin akkreditə olduğu ölkələrdə yaşayan həmvətənlərimizdə koronavirusa yoluxma halı müşahidə olunmayıb və bununla bağlı səfirliyimizə heç bir məlumat daxil olmayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi