Cəlilabadda psixotrop tərkibli dərmanlar satan aptek müdiri tutuldu
11:50 20.03.2020
Gündəm
651
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik maddə və psixotrop tərkibli, istifadəsi qadağan olunmuş dərmanların qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı əməliyyat həyata keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbir zamanı əvvəlcə rayon sakinləri Ceyhun Əhmədov və Toğrul Şahbazov saxlanılıblar.
Onların üzərlərinə baxış zamanı ümumilikdə 12 ədəd satışı qadağan edilən güclü təsiredici xassəyə malik “Tramadol 200” həbi aşkar olunaraq götürülüb.
Araşdırma zamanı bu şəxslərin tramadol həblərini Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş İlham Bağırova məxsus aptekdən aldıqları məlum olub. Əməliyyat zamanı həmin aptekin müdiri İ.Bağırov da tuutularaq istintaqa cəlb edilib.
Onun üzərinə və işlədiyi aptekə baxış zamanı ümumilikdə 14 ədəd eyni tərkibli tramadol həbi aşkar olunaraq götürülüb. Qeyd edək ki, İ.Bağırov əvvəllər də dövriyyəsi qadağan olunmuş psixotrop tərkibli dərmanlar satdığı üçün bir dəfə məhkum olunub. O, ifadəsində qeyd edilən dərmanları tanışı Natiq adlı şəxsdən satmaq məqsədilə aldığını bildirib.
Cəlilabad RPŞ əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı həmin şəxs, rayon sakini Natiq İsmayılov da tutularaq istintaqa təqdim edilib. Onun rayon ərazisində yerləşən yaşadığı evə baxış zamanı ümumilikdə 376 ədəd “Tramadol 200” aşkar olunaraq götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət