Ceyhun Bayramov Almaniyanın XİN başçısı ilə danışıb
Yusif Nəzərli
09:34 08.09.2023
Gündəm
479
Sentyabrın 8-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Almaniyanın xarici işlər naziri Annalena Beerbok ilə telefon danışığı aparıb.
Bu barədə "Report"a Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Telefon danışığı zamanı regionda mövcud vəziyyət, habelə Azərbaycan və Ermənistan arasında normallaşma prosesi müzakirə olunub.
C.Bayramov, bölgədə cari vəziyyət barədə qarşı tərəfi ətraflı məlumatlandıraraq, Ermənistan tərəfindən yayılan “gərgin humanitar vəziyyət” və “blokada” iddialarının əsassız olduğu, bunun Ermənistanın siyasi manipulyasiyasının tərkib hissəsini təşkil etdiyini diqqətə çatdırıb.
Azərbaycan tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə Ağdam-Xankəndi yolundan və Laçın yolundan yüklərin daşınması üçün sinxronlaşdırılmış istifadənin təşkil edilməsi barədə təkliflərin Ermənistan və yaradılmış qondarma rejim tərəfindən rədd edilməsinin humanitar vəziyyət barədə iddiaların saxta olduğunu sübut etdiyi vurğulanıb.
Post-münaqişə dövründə bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində səylərə mane olan Ermənistanın təxribatçı addımlarının, o cümlədən Azərbaycan ərazilərində yaradılmış qondarma rejimi dəstəkləyən bəyanatlarının, Azərbaycan ərazilərindən silahlı qüvvələrinin çıxarılmamasının təhdid mənbəyi olduğu qeyd edilib.
Telefon danışığı zamanı, Ermənistanın davam edən hərbi təxribatları, mina təhdidləri barədə qarşı tərəfə müfəssəl məlumat verilib.
Daha sonra, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat