Ceyhun Bayramov Anqolanın xarici əlaqələr naziri ilə görüşüb
Ceyhun Bayramov Anqolanın xarici əlaqələr naziri ilə görüşüb
11:50 19.01.2024
Gündəm
302
19 yanvar 2024-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının 19-cu zirvə görüşündə iştirakı məqsədilə Uqanda Respublikasına səfəri çərçivəsində Anqola Respublikasının xarici əlaqələr naziri Tete Antonio ilə görüşüb.
XİN-dən verilən xəbərə görə, görüşdə Azərbaycanın xarici siyasət kursunda Afrika qitəsi ölkələri, o cümlədən Anqola ilə əməkdaşlığın önəmli vektorlardan birini təşkil etdiyi diqqətə çatdırılıb, Azərbaycan və Anqola arasında siyasi, iqtisadi, təhsil, humanitar, ticarət və enerji sahələrində əməkdaşlığın genişlənməsi üçün əlverişli imkanların olduğu bildirilib.
Bu baxımdan iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsi və xarici siyasət qurumları arasında məsləhətləşmələrin keçirilməsinin faydalılığı qeyd edilib.
BMT, Qoşulmama Hərəkatı və digər çoxtərəfli əməkdaşlıq platformaları çərçivəsində qarşılıqlı dəstəyə əsaslanan Azərbaycan-Anqola əməkdaşlığı məmnunluqla xatırlanıb.
Humanitar sahədə, xüsusilə təhsil və müxtəlif peşə istiqamətləri üzrə mütəxəssislərin hazırlanması ilə əlaqədar iki ölkə arasındakı uğurlu əməkdaşlığın tarixi və gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Anqolalı tələbələrin Azərbaycan tərəfindən Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün nəzərdə tutulmuş təqaüd proqramlarında iştirakıməmnunluqla qeyd edilib.
Bu il ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ikitərəfli və çoxtərəfli əməkdaşlığın daha da inkişafı üçün əhəmiyyətli olduğu vurğulanıb.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Cəlilabadda heyvanlar kütləvi qırılır
19:02 06.07.2026
Hadisə
Tramp FİFA-ya zəng etdi
18:53 06.07.2026
Futbol
FHN küləklə əlaqədar çimərliklərə gedənlərə müraciət edib
18:51 06.07.2026
Ölkə
Quran siyasət kitabı deyil- DİNŞÜNAS
18:46 06.07.2026
Siyasət
Valideynlər uşaqlara nümunə olmalıdır - Psixoloqdan XƏBƏRDARLIQ
18:21 06.07.2026
Cəmiyyət
Sarkisyanın əmlakı müsadirə edildi
17:43 06.07.2026
Region
Bakı-Naxçıvan reysləri təxirə salınıb
17:19 06.07.2026
Ölkə
NATO Baş katibi Mark Rutte Türkiyəyə gəlib
17:11 06.07.2026
Region
Bu il dövlət büdcəsinə 8 mlrd. manatdan çox vergi daxil olub
16:56 06.07.2026
İqtisadiyyat
Filipe Luis "Monako"nun yeni baş məşqçisi olub
16:47 06.07.2026
Futbol
Paşinyan Mişustinlə görüşdə Rusiya ilə əməkdaşlıqdan danışıb
16:38 06.07.2026
Region
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verildi
16:35 06.07.2026
Ekologiya