İranın xarici işlər naziri Abbas Əraqçi Almaniya kansleri Fridrix Mertsin ABŞ-İran gərginliyinin Avropaya 100 milyard avrodan çox enerji xərci yaratması ilə bağlı açıqlamasına sərt reaksiya verib.
Sherg.az xəbər verir ki, Əraqçi Mertsi ötən il ABŞ və İsrailin İrana hücumlarını alqışlamaqda ittiham edib və bunu “Avropanın çirkli işlərini görmək” adlandırıb.
O bildirib ki, 100 milyard avro İran Silahlı Qüvvələrinin ölkəsinə zərər verməyə cəsarət edənlərə endirəcəyi “dünyanı sarsıdacaq zərbə” ilə müqayisədə heç nədir.
“Qırmızı xətlər artıq keçmişdə qaldı”, - deyə Əraqçi vurğulayıb.