Fransanın paytaxtı Parisdə gözlənilən etiraz aksiyaları ilə əlaqədar bu gün 40-dan çox metro stansiyasının fəaliyyəti dayandırılacaq.
APA xəbər verir ki, bu barədə Parisin ictimai nəqliyyat operatoru "RATP" məlumat yayıb.
Bildirilib ki, polis prefekturasının tələbi və təhlükəsizlik tədbirləri çərçivəsində stansiyalar şənbə günü bağlanacaq. Onların əksəriyyəti Parisin mərkəzi hissəsində yerləşir. Stansiyaların bəziləri artıq fəaliyyətini dayandırıb, digərlərinin isə gün ərzində bağlanacağı gözlənilir.
Qeyd edək ki, Fransada bu gün ardıcıl üçüncü şənbə günü kütləvi etiraz aksiyaları keçiriləcək. Aksiyalara həmkarlar ittifaqları, eləcə də “Sarı jiletlilər” hərəkatının nümayəndələri çağırış ediblər.