Ceyhun Bayramov BQXK-nın prezidenti ilə regiondakı son vəziyyəti müzakirə edib - YENİLƏNİB
Ceyhun Bayramov BQXK-nın prezidenti ilə regiondakı son vəziyyəti müzakirə edib - YENİLƏNİB
Yusif Nəzərli
10:19 12.09.2023
Gündəm
406
Xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasına işgüzar səfəri çərçivəsində bu gün Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) prezidenti Miryana Spolyariç Eqqer ilə görüşüb.
Bu barədə “Report”a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, görüş zamanı regiondakı son vəziyyət fonunda Azərbaycan ilə BQXK arasında əməkdaşlığın hazırkı durumu, mövcud çağırışlar və gələcək perspektivlər barədə müzakirələr aparılıb.
Beynəlxalq humanitar vasitəçi kimi BQXK-nın rolu qeyd edilib, Azərbaycanın BQXK ilə əməkdaşlığında münaqişədən əziyyət çəkən insanlara dəstək, itkin düşmüş azərbaycanlıların taleyinin aydınlaşdırılması, işğaldan azad edilmiş ərazilərdə mina və partlayıcılar barədə maarifləndirmə kimi istiqamətlərin böyük əhəmiyyət daşıdığı diqqətə çatdırılıb.
Bununla yanaşı, Azərbaycan qanunvericiliyinə və müvafiq prosedurlara əməl etməklə BQXK vasitəsilə erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi və Laçın-Xankəndi yolundan paralel istifadənin zəruriliyi vurğulanıb. Əldə olunmuş razılıqlara baxmayaraq, Ermənistanın və onun yaratdığı qondarma rejimin bu razılıqları kobud şəkildə pozduğu xatırlanıb. Hal-hazırda Laçın yolundan gündəlik əsasda hər iki istiqamətdə erməni sakinlərin keçidinin təmin edildiyi halda Ermənistanın “blokada” iddialarının əsassız olduğu vurğulanıb.
Ümumiyyətlə, Azərbaycan vasitəsilə əraziyə yüklərin daşınmasına maneə törədilməsinin siyasi manipulyasiya olduğu, Ermənistanın separatçılığı qızışdırmaq cəhdlərinin tərkib hissəsi olduğu qeyd edilib.
Görüş zamanı, həmçinin 44 günlük müharibədən sonra Ermənistanın Laçın yolu vasitəsilə mina və silahların daşınması, hərbi qulluqçuların rotasiyası kimi qanunsuz fəaliyyətləri xatırlanıb.
11:32
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Mirjana Spolyariç Eqqer ilə görüşüb.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" hesabında paylaşım edilib.
Görüşdə regiondakı son vəziyyət fonunda Azərbaycan ilə BQXK arasında əməkdaşlığın hazırkı vəziyyəti, o cümlədən çətinliklər və gələcək perspektivlər müzakirə olunub.
Azərbaycanın XİN başçısı da rəsmi "X" səhifəsində BQXK prezidenti ilə görüşü barədə paylaşım edib.
"Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Mirjana Spolyariç Eqqer ilə görüşməyimə və Azərbaycan ilə BQXK arasında əməkdaşlığın hazırkı vəziyyəti ilə bağlı fikir mübadiləsi aparmağıma şad oldum", - nazir bildirib.
Qeyd edək ki, C.Bayramov Cenevrədə işgüzar səfərdədir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat