Ceyhun Bayramov Finlandiya XİN rəsmisini qəbul etdi - FOTO
Yusif Nəzərli
15:27 27.10.2022
Gündəm
440
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Finlandiya Xarici İşlər Nazirliyində Beynəxalq ticarət üzrə dövlət katibinin müavini Nina Vaskunlahti ilə görüşüb.
Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, tərəflər iki ölkə arasında ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri, çoxtərəfli əməkdaşlıq münasibətləri, Azərbaycan – Avropa İttifaqı əməkdaşlıq istiqamətləri üzrə, habelə regional vəziyyət barədə müzakirə aparıblar.
Görüş zamanı, o cümlədən, siyasi, iqtisadi, humanitar, təhsil, yüksək texnologiyalar, sərmayə qoyuluşu, mədəni sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi üzrə fikir mübadiləsi aparılıb.
Bundan əlavə, Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan regional enerji və nəqliyyat layihələri, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə mövzusu olub.
Nazir Ceyhun Bayramov 44-günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olunmuş ərazilərimizdəki son vəziyyət, habelə mina təhlükəsi, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinin cari vəziyyəti barədə məlumat verib. O, Azərbaycana qarşı həyata keçirilən təcavüzkar və işğalçılıq siyasətinə rəğmən, ölkəmizin beynəlxalq hüquq prinsipləri əsasında Ermənistanla sülh müqaviləsi imzalanması təşəbbüsü ilə çıxış etdiyini diqqətə çatdırıb.
Nazir iqtisadi sahədə, xüsusilə enerji resurslarının diversifikasiyası istiqamətində Azərbaycanın önəmli rolundan bəhs edib. Bu xüsusda, Aİ-yə qaz nəqlinin iki dəfə artırılmasını, o cümlədən alternativ enerji mənbələrinin inkişafında əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan Anlaşma Memorandumunun imzalanmasının əhəmiyyəti vurğulanıb. Azərbaycan və Aİ arasında mövcud ticarət dövriyyəsinin məmnunluq doğurduğu, habelə dövriyyənin daha da artırılması üçün imkanların mövcud olduğu diqqətə çatdırılıb.
Dövlət katibinin müavini Nina Vaskunlahti Azərbaycan və Finlandiya arasında əlaqələrin müxtəlif sahələrdə daha da genişləndirilməsi üçün böyük potensialın mövcud olduğunu vurğulayıb. Xüsusilə də, iqtisadiyyat və ətraf mühitin qorunması, təhsil, yüksək texnologiyalar üzrə əməkdaşlıq istiqamətləri, habelə Finlandiyanın iştirakı ilə Azərbaycanda həyata keçirilən layihələri qeyd edib. Nina Vaskunlahti Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması prosesini dəstəklədiklərini qeyd edib.
Daha sonra tərəflər arasında qarşılıqlı maraq doğuran digər məsələlər, regional və beynəlxalq təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Müharibəni biz yox, Ukrayna başladıb
20:14 01.10.2026
Aktual
Fransadan sonra Belçikada da şagirdlər kütləvi etiraza qalxdı
20:09 01.10.2026
Dünya
Britaniya səfiri İran XİN-ə çağırılıb
19:48 01.10.2026
Dünya
Muxtar Babayev Yaponiyanın Azərbaycandakı səfiri ilə görüşdü
19:31 01.10.2026
Siyasət
Rusiya Ukraynanın MiQ-29 qırıcısını vurub, pilot həlak olub
19:16 01.10.2026
Dünya
Çinlə əlaqələrimizin kökü əsrlər əvvələ gedib çıxır - ŞƏRH
19:14 01.10.2026
Gündəm
Türkmənistan və Ermənistan iqtisadi əməkdaşlığı genişləndirir
18:36 01.10.2026
Gündəm
"Bavariya" Noyerə alternativ axtarır
18:29 01.10.2026
Futbol
Hacıqabulda minik maşınları toqquşub, 4 nəfər xəsarət alıb
18:22 01.10.2026
Hadisə
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib
18:13 01.10.2026
Ölkə
ZemiS - təbiətin saf gücünü süfrələrə gətirən yerli brend
18:11 01.10.2026
Ölkə
“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb
17:07 01.10.2026
Sağlamlıq
Məsud Pezeşkian: İran ABŞ ilə danışıqlardan qaçmaq niyyətində deyil
16:51 01.10.2026
Dünya