Ceyhun Bayramov Qəzzada təcili deeskalasiyaya çağırıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ər-Riyadda Ərəb-İslam birgə sammitində çıxış edib.

Bu barədə Azərbaycan XİN-in X hesabında bildirilib.

Nazir Qəzzadakı vəziyyətdən narahatlığını bildirib. O, təcili deeskalasiyaya və hərbi əməliyyatların dayandırılmasına çağırıb.