Ceyhun Bayramov Səudiyyə Ərəbistanının yeni səfirini qəbul etdi
Yusif Nəzərli
12:56 12.01.2022
Gündəm
438
Xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyri qəbul edib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Tərəflər iki ölkə arasında əməkdaşlıq gündəliyinin aktual məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Ceyhun Bayramov iki dost dövlət arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib.
Ötən il Səudiyyə Ərəbistanına rəsmi səfərini xatırlayan nazir, bu ölkənin xarici işlər naziri, şahzadə Feysəl bin Fərhan Al Səud ilə keçirilmiş görüşə, habelə beynəlxalq tədbirlər çərçivəsində həmkarı ilə olan təmaslarına məmnunluqla istinad edib.
Azərbaycan hökuməti ilə Səudiyyə Ərəbistanı hökuməti arasında Müştərək Komissiyanın bu yaxınlarda Ər-Riyad şəhərində keçirilmiş iclasının münasibətlərin genişlənməsinə töhfə verdiyi qeyd edilib.
Nazir Səudiyyə Ərəbistanı xarici işlər nazirini Azərbaycanda görməkdən məmnun olacağını bildirib.
Səfir Haməd bin Abdullah bin Səud bin Xudeyr iki ölkə arasında əlaqələrin inkişafından və son zamanlar həyata keçirilən ikitərəfli görüşlərdən bəhs edib. O, qarşılıqlı səfərlərin münasibətlərin inkişafına müsbət təsir etdiyini vurğulayıb.
Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm