CHP-nin keçmiş sədri Özgür Özəl partiyanın TBMM qrup toplantısından sonra açıqlama verərək, qurultay prosesinə dair mühüm mesajlar verib. O bildirib ki, qurultay qərarı ən qısa müddətdə qəbul edilməlidir və partiya “bu böhrandan çıxmalıdır”.
Sherg.az xəbər verir ki, Özəlin sözlərinə görə, qurultay maksimum 40 gün ərzində və ya bayramdan sonrakı ilk 40 gün içində keçirilə bilər.
O həmçinin qeyd edib ki, qrup toplantılarını qurultay baş tutana qədər özü idarə edəcək.
Partiya daxilində yaranan müzakirələr fonunda Kamal Kılıçdaroğlu da açıqlama verərək təşkilatda “ahəngli və etik dəyərlərin qorunması” çağırışı edib. O, partiyada gərginlik yaradan açıqlamalardan uzaq durulmasının vacibliyini vurğulayıb.
CHP daxilində qurultayın 40 gün ərzində keçirilməsi ilə bağlı fikir birliyi yaransa da, prosesin detalları üzrə müzakirələr davam edir.