
Çin Azərbaycanın ticarət partnyorları arasında ilk üçlükdədir - ŞƏRH
14:49 14.04.2025
Gündəm
417
Natiq Cəfərli bildirib ki, çalışmalıyıq ki, Çinlə sadəcə ticarət əlaqələrini genişləndirməyək
Azərbaycanın Qədim İpək Yolunun mərkəzində yerləşməsi regionun və dünyanın mühüm logistik mərkəzlərindən birinə çevrilməsinin önəmini getdikcə artırır. Tranzit ölkə kimi Azərbaycana beynəlxalq maraq çox böyükdür. Bu yöndə Qədim İpək Yolu üzərində yerləşən ölkələr ilə mövcud əlaqələrimiz genişlənir və intensivləşir. Belə ölkələr arasında xüsusi yeri və əhəmiyyəti olanlardan biri də Çin Xalq Respublikasıdır.
Dünyada çəkisi və nüfuz dairəsi sürətlə artan Çin ilə Azərbaycan arasında qarşılıqlı faydalılıq prinsipinə əsaslanan əməkdaşlıq münasibətləri formalaşıb və son vaxtlar artan xətlə inkişaf etməkdədir. Bu özünü Azərbaycan-Çin münasibətlərinin əksər istiqamətlərində göstərməkdədir. Azərbaycanla Çin arasındakı əlaqələr əhatəliyi, müsbət dinamizmi və intensivliyi ilə fərqlənir. Yüksək səviyyəli rəsmilərin görüşləri, eləcə də beynəlxalq platformalarda görüşlər əməkdaşlığımızın genişlənməsi və dərinləşməsinə müsbət dinamizm verilməsində xüsusi rol oynayır. Azərbaycanla Çin arasında dialoqun yüksək səviyyəsinə adekvat olaraq iqtisadi sahədə əməkdaşlıq da yetərincə uğurla inkişaf edir. Bu özünü son illərdəki ticarət əlaqələrindəki müsbət dinamizmin timsalında daha əyani göstərir.
Ölkələrimiz bir çox sahələrdə uğurla əməkdaşlıq edir və xüsusi əhəmiyyət kəsb edən məsələlərdə daim qarşılıqlı dəstək nümayiş etdirilir. Azərbaycan hər zaman birmənalı olaraq “Vahid Çin” siyasətini və Çinin ərazi bütövlüyünü dəstəkləyib. Azərbaycan da Çinin ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə dəstəyini yüksək qiymətləndirir və ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin maraqlarını müdafiə edirlər.
Qeyd edək ki, son dövrlərdə Prezident İlham Əliyevin Çinlə bağlı çıxışlarında və müsahibələrində bu əlaqələrin əhəmiyyəti xüsusi vurğulanır.
Xüsusilə aprelin 9-da yerli və xarici beyin mərkəzlərinin nümayəndələri ilə keçirilən görüşdə dövlət başçısının səsləndirdiyi fikirlər, Çinlə əməkdaşlığın Azərbaycanın xarici siyasətində önəmli yer tutduğunu bir daha nümayiş etdirdi. Bundan əvvəl isə Prezident İlham Əliyevin Çin mediasına verdiyi geniş müsahibə, Pekin-Bakı münasibətlərinin strateji məzmununu və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın əsas prioritetlərini ortaya qoyub.

ReAl Partiyasının sədri Natiq Cəfərli də “Sherg.az”a açıqlamasında deyib ki, Çinlə əlaqələrin möhkəmlənməsi kifayət qədər əhəmiyyətli addımdır.
Çinin Azərbaycanın ticarət partnyorları arasında ilk üçlükdə olduğunu vurğulayan N.Cəfərli bildirib ki, çalışmalıyıq ki, Çinlə sadəcə ticarət əlaqələrini genişləndirməyək:
“Son illər Azərbaycan-Çin hökumətlərarası görüşlərin intensivliyi artıb. Bu, ticarət dövriyyəsinin maneəsiz və tez həyata keçirilməsinə yardımçı olan faktordur. Çinlə Azərbaycanın əməkdaşlığı investisiya müstəvisinə keçməlidir. Çin dünyadakı ən böyük investorlardan biridir. Çin şirkətləri, dövlət fondlarının dünyanın müxtəlif ölkələrində milyardlarla dollarlıq vəsaiti əhatə edən investisiyaları var. Yaxşı olar ki, Çin şirkətlərinin Azərbaycanda da böyük investisiya layihələrinin həyata keçirilməsinin şahidi olaq. Bu ölkəmizdə əlavə istehsal sahələrinin yaradılmasına, yeni iş yerlərinin açılmasına ciddi təkan verə bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ölümlə həyat arasında: Norveç şahzadəsi ağır əməliyyatdan çıxdı
22:20 24.06.2026
Dünya
İran XİN sözçüsü Rubionun açıqlamalarına münasibət bildirib
21:46 24.06.2026
Gündəm
ABŞ bizdən bunu tələb etməyib - Katz
21:29 24.06.2026
Dünya
Ruslar böyük itkilər verirlər, inanılmaz rəqəmlərdir - Rutte
21:02 24.06.2026
Dünya
Qaraçuxurda güclü yanğın baş verib
20:48 24.06.2026
Hadisə
İranla danışıqlar iyunun 30-da davam etdiriləcək
20:35 24.06.2026
Gündəm
Messi: Tanrıdan daha bir çempionluq diləmək çox olardı
20:34 24.06.2026
Futbol
Milli Məclisin sədri Qalibafla görüşüb
19:47 24.06.2026
Siyasət
Əli Əsədov Numan Qurtulmuşla görüşdü
19:38 24.06.2026
Siyasət
Şərurda ilan 60 yaşlı kişini sancıb
19:31 24.06.2026
Hadisə
İraq Prezidenti Azərbaycan Prezidentinə təbrik ünvanlayıb
18:48 24.06.2026
Rəsmi
Naxçıvanın bəzi çaylarından sel keçir
18:33 24.06.2026
Ekologiya
Gəncə Birləşmiş Xəstəxananın direktoru vəzifəsindən azad edilib
18:31 24.06.2026
Cəmiyyət
Bakı onu Qırğızıstana təhvil verdi
18:04 24.06.2026
Hadisə