Çindən təxliyyə olunan azərbaycanlı: “Universitetdən və rəsmilərdən geri çağırış məlumatı gözləyirəm”
10:28 15.02.2020
Gündəm
521
“Sağlamlıq arayışımızı Türkiyənin Səhiyyə naziri şəxsən təqdim etdi. Ankarada Zəkai Tahir Burak adına xəstəxanada bizə yüksək səviyyədə xidmət göstərildi”. Bunu APA-ya açıqlamasında Çinin Uhan şəhərindən yayılan ölümcül koronavirus epidemiyasına görə bu ölkədən Türkiyəyə təxliyyə edilərək, 14 gün Ankarada xəstəxanada karantində saxlanılan və bu gün oradan buraxılan altı Azərbaycan vətəndaşından biri - Leyla Quliyeva bildirib.
Çinin Uhan şəhərində magistr təhsili aldığını deyən Leyla Quliyeva epidemiyanın yayılması xəbərini eşidəndə azyaşlı qızına görə çox stres keçirdiyini qeyd edib:
“Qızım yeddi yaş yarımlıqdır. Bir ana kimi onun üçün çox narahat idim. Baxmayaraq ki, tibbi nəzarət və gigiyena, eləcə də, digər məsələlər həm Çində, həm də Türkiyədə çox yüksək səviyyədə idi. Uhanda da hər şey nəzarət altında idi. Çin hökumətinin səhiyyəsi çox inkişaf etdiyinə görə operativ iş rejimində idilər. Ümid edirəm ki, hər şey yaxşı olacaq”.
Leyla Quliyeva deyib ki, Uhana qayıdıb təhsilini davam etdirmək niyyətindədir:
“Təhsilimi mütləq davam etdirmək istəyirəm. Təhsil aldığım universitetdən və rəsmilərdən geri çağırış məlumatı gözləyirəm. Amma qızımı özümlə götürməyi düşünmürəm. Ailəm bu ağır, stresli günlərdə mənə dəstək oldu. Bu istəyimə də sayğı göstərirlər. Ailəmə, o cümlədən, Azərbaycan, Türkiyə və Çin rəsmilərinə bizə hərtərəfli dəstək göstərdiklərinə görə çox təşəkkür edirəm”.
Qeyd edək ki, Türkiyəyə məxsus ambulans-təyyarə yanvarın 31-də Çinin koronavirus yayılan Uhan şəhərinə yola düşüb. Fevralın 1-də təyyarə ilə 42 nəfər təxliyyə edilib ki, onlardan 32 nəfəri Türkiyə, altı nəfəri Azərbaycan, digərləri isə Albaniya və Gürcüstan vətəndaşlarıdır.
Ekipaj, texniki və tibbi heyət üzvləri ilə birlikdə təxliyə edilənlərin sayı 61 nəfərdir. Ekipaj, texniki və tibbi heyət üzvləri bundan əvvəl evə buraxılıblar.
Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bu gün bildirib ki, analizin nəticələrinə əsasən, 42 nəfərdə koronavirus aşkarlanmayıb. Nazir qeyd edib ki, onların 14 günlük karantin müddəti başa çatıb.
Azərbaycanın Türkiyədəki səfirliyindən verilən xəbərə görə, onlar gün ərzində Azərbaycana yola salınacaqlar. Azərbaycanın Səhiyyə Nazirliyi Çindən Türkiyəyə təxliyyə edilən Azərbaycan vətəndaşlarının yenidən karantinə götürülməsi məsələsinə aydınlıq gətirib.
Nazirliyin mətbuat xidmətindən APA-nın sorğusuna verilən cavaba görə, həmin şəxslər Türkiyə 14 gün karantin müddəti keçiblər.
“Buna görə də onların ölkəyə qayıtdıqdan sonra təkrar karantinə alınmasına ehtiyac yoxdur”, - deyə nazirlikdən bildirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya