CNN: Çin İrana yeni HHM sistemləri göndərməyə hazırlaşır

ABŞ kəşfiyyatının məlumatına görə, Çin yaxın həftələrdə İrana daşınan zenit-raket kompleksləri də daxil olmaqla yeni hava hücumundan müdafiə (HHM) sistemləri verə bilər. Bildirilir ki, bu silahlar aşağı hündürlükdə uçan ABŞ təyyarələri üçün təhlükə yaradır və tədarük üçüncü ölkələr vasitəsilə gizli şəkildə həyata keçirilə bilər.

Sherg.az xəbər verir ki, rəsmi Pekin ittihamları qəti şəkildə rədd edib. Qeyd edək ki, bu proses ABŞ və İran arasında Pakistanın vasitəçiliyi ilə əldə olunan iki həftəlik atəşkəs fonunda baş verir.