COP29 Sədrliyi COP29 Akademiyasının fəaliyyətinə start verib
COP29 Sədrliyi COP29 Akademiyasının fəaliyyətinə start verib
07:32 14.06.2024
Gündəm
451
Cari ilin 11-22 noyabr tarixlərində ölkəmizdə baş tutacaq COP29 konfransı çərçivəsində aktiv iqlim fəaliyyəti ilə planetimizə müsbət təsirlərə əsaslı töhfələrin verilməsi, eyni zamanda paytaxtımıza üz tutacaq on minlərlə xarici qonağın ən yaxşı təcrübə və qonaqpərvərliklə qarşılanmasının təmin edilməsi istiqamətində göstərilən səylərlə yanaşı, həmçinin tədbirin paytaxt və ölkəmizə təsirləri də dəyərləndirilməkdədir.
COP29 Azərbaycan Əməliyyat Şirkətinin Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bu istiqamətdə COP29 Azərbaycan Əməliyyat Şirkəti növbəti layihəyə start verərək, ekoloji maarifləndirmə və iqlim dəyişmələri istiqamətində gənclərin fəal iştirakının təmin edilməsi məqsədilə COP29 Akademiyasının fəaliyyətə başladığını elan edir.
Akademiyanın yaradılması təşəbbüsü iqlim və dayanıqlılıq mövzularında peşəkar səriştələr, liderlik, dərin bilik nümayiş etdirən və fərqlənən universitet məzunlarını tanımaq və dəstəkləməyi, ölkənin parlaq gəncləri vasitəsilə dayanıqlılığın əhəmiyyəti barədə cəmiyyətin məlumatlandırılmasını hədəfləyir.
Bu proqram iştirakçılara mentorluq, davamlı peşəkar inkişaf və özünü inkişaf üçün imkanları təklif etməklə iştirakçıların dayanıqlılıq sahəsində biliklərə yiyələnməsi, bu biliklərin həmyaşıdları, ailələri və ictimaiyyət ilə paylaşmaları üçün bir platforma rolunu oynayacaq.
İstənilən ixtisas sahəsi üzrə məzunların müraciətlərini qəbul edəcək Akademiya qeydiyyatdan keçən gənclər üçün ünsiyyət, layihələrin idarəedilməsi, peşəkar davranış kodeksi və s. kimi yumşaq bacarıqlara yiyələnmək üçün muvafiq mütəxəssislərin iştirakı ilə seminarlara qatılma imkanı yaradacaq. COP29 Akademiyasının iştirakçıları Əməliyyat Şirkəti tərəfindən işlə təmin edilərək COP29 tədbirinin təşkilinə işçi heyətinin üzvü qismində töhfə verməyə cəlb ediləcəklər.
2023 və 2024-cü illərdə akkreditə olunmuş universitetlərdən məzun olan, Azərbaycan Respublikasının vətəndaşlığını daşıyan və əmək fəaliyyəti ilə məşğul olmayan, sosial aktiv, xarici dil bilikləri yüksək olan bütün namizədlər 22 iyun 2024-cü il tarixinədək linki vasitəsilə ərizə formasını dolduraraq qeydiyyatdan keçə bilərlər. Proqram tələblərinə əsasən seçilən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. Əlavə məlumat üçün www.cop29.az, academy@cop29.az və ya +994125352928 müraciət oluna bilər.
Ümumilikdə, qeyd edilməlidir ki, tədbir həm gənclər, həm ölkənin ümumi işçi qüvvəsinə əsaslı şəkildə təsir edəcək. Bu xüsusda ölkəmiz öz fəaliyyəti ilə paytaxt Bakı və onun hüdudlarından kənarda insan kapitalının formalaşması, infrastrukturun təkmilləşdirilməsi və dayanıqlı inkişafın dəstəklənməsi kimi istiqamətlərdə əldə edilən nailiyyətləri tədbirdən sonra da miras olaraq buraxmağı hədəfləyir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya