Dedilər ki, 7 rayon geri qaytarılmalıdır, dinləmədik…
Dedilər ki, 7 rayon geri qaytarılmalıdır, dinləmədik…
Yusif Nəzərli
12:07 14.09.2023
Gündəm
358
44 günlük müharibədə qələbədən sonra Azərbaycan Prezidenti İlham Əliyevin əlində bir çox variantlar vardı, Ermənistan isə müharibədə sanki məğlub olmamış tərəf kimi davrandı.
Axar.az Report-a istinadən xəbər verir ki, bunu erməniəsilli tarixçi, siyasətçi, Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın xarici siyasət məsələri üzrə keçmiş müşaviri Jirayr Liparityan Massaçusetsdə yerləşən Erməni Araşdırmaları Mərkəzində çıxışı zamanı deyib.
O bildirib ki, BMT Təhlükəsizlik Şurası başda olmaqla nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən Ermənistanın dostu hesab etdiyi ölkələr dəfələrlə onlara Qarabağın Azərbaycanın parçası olduğunu bildiriblər, ermənilər isə başqalarının sözlərini eşitməyiblər, ancaq öz bildikləri kimi hərəkət ediblər:
“Reallıq odur ki, BMT Təhlükəsizlik Şurası başda olmaqla beynəlxalq ictimaiyyət, o cümlədən Rusiya, Fransa, İran, Yunanıstan, Kipr kimi dostlarımız həmişə deyiblər ki, Qarabağ müstəqil olmayacaq və o, Azərbaycanın bir parçasıdır. Beynəlxalq ictimaiyyətin bizə mesajı bu olub. Amma biz onları yox, sadəcə özümüzü dinlədik”.
J.Liparityan ermənilərin özlərini məhz qurban vəziyyətində rahat hiss etdiklərini deyib:
“Atəşkəs razılaşmasından sonra bizə deyildi ki, işğal edilmiş ərazilər, həmçinin 7 rayon geri qaytarılmalıdır. Amma dinləmədik, sadəcə dünyaya bizim üçün nə etməli olduqlarını dedik. Qurban kimi özümüzü çox rahat hiss etdik”.
J.Liparityan fasiləsiz hərəkət edən bu maşını dayandırmalı olduqlarını, hər şeyin onlar üçün daha da pisləşdiyini diqqətə çatdırıb:
“Biz “mən bunu və ya onu istəyərəm” demək lüksünə sahib deyilik. Mən hesab edirəm ki, Azərbaycanla razılaşma imzalamaq mümkündür. Azərbaycan Prezidenti deyir ki, mənim daxili məsələm sizin işiniz deyil. Beynəlxalq ictimaiyyət də bununla razılaşır. Biz isə hər dəfə reallığa zidd hədəflər planlayır, nəticədə də uduzuruq”.
J.Liparityan hesab edir ki, Prezident İlham Əliyevin ermənilər üçün hazırkı təklifi uyğundur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat