Dəməşqdə kafedə partlayış baş verib - Ölən və yaralananlar var

Suriyanın paytaxtı Dəməşqdə kafelərdən birində partlayış baş verib.

Teleqraf xəbər verir ki, bu barədə SANA məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində 4 nəfər həlak olub, daha 10 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Partlayışın səbəbi hələlik müəyyən edilməyib.