“Demokrat” Paşinyan, əvvəlcədən cızılan plan - Sumqayıt hadisələri
Yusif Nəzərli
15:11 28.02.2024
Gündəm
545
Sumqayıt hadisələrindən 36 il ötür. 1988-ci il fevralın 28-də baş vermiş bu hadisələr SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin erməni millətçiləri ilə birgə Azərbaycana qarşı təşkil etdiyi və həyata keçirdiyi təxribatların növbəti tərkib hissəsi idi. Məqsəd isə hər zaman olduğu kimi, dünya ictimaiyyətində yanlış rəy formalaşdırmaq, antiazərbaycan əhval-ruhiyyəsi yaratmaq idi. Bütün şahid ifadələri Sumqayıt hadisələrinin təşkilatçısının erməni, iki dəfə məhkum edilən Eduard Qriqoryan olduğunu sübut edir. Qriqoryan Sumqayıt hadisələri zamanı beş ermənini şəxsən öldürüb. Bir sözlə, Sumqayıtda etnik zəmində törədilən iğtişaş həmin dövrdə bu sıradan olan məqsədyönlü təxribatların kulminasiyası idi. Onun hazırda sağ qalmasına baxmayaraq, məsuliyyətdən yayınaraq Moskvaya aparılıb. Əgər Ermənistan arxivləri açılarsa, bütün həqiqətlər üzə çıxacaq.Bəs, özünü demokrat kimi qələmə verən Paşinyan niyə arxivlərin açılmasını təmin etmir?
Sumqayıt hadisələri ilə bağlı aparılan araşdırmaları, Ziya Bünyadovdan başlayaraq, müasir dövrə qədər mövcud olan yazıları oxuyaraq təhlil etdiyini deyən tarixçi-alim Boran Əzizli "Sherg.az"a açıqlamasında bildirib ki, hadisənin təşkilatçısı SSRİ dövlət xüsusi xidmət orqanları və icraçıların bir qismi də ermənilər olub:
"Bunu prossesdə iştirak edən erməni əsilli xeyli şəxsin öldürülməsi və onlara qarşı qeyri-insani zorakılıq davranışlarını şəxsən həya keçirən Eduard Qriqoryan kimilərinin timsalında görürük. Çox sayda faktlar Sumqayıt hadisələrinin fevral ayının 26-dan əvvəl hazırlandığını sübut edir. Bu müvafiq dövlət orqanlarının ciddi şəkildə düşünülüb hazırlanmış əməliyyatının nəticəsidir. Onlar da erməni və azərbaycanlıların bir arada yaşaya bilməyəcəyini, guya, Azərbaycanlıların dözümsüzlüyünü dünyaya göstərmək istəyirdilər. Əslində həmin dövrdə azərbaycanlılar öz doğma ata-baba torpaqlarından vəhişəcəsinə qovulub, xeyli sayda insan öldürüldü. Sovet dövlət orqanları buna cavab vermək, bu qətliamın qarşını almaq, günahkarları cəzalandırmaq üçün Sumqayıt hadisələrini törətməklə bunu unutdurmağa çalışıb. Əslində bu hadisənin doğru və vaxtında aşkar edilməsi Qarabağ hadisələrinin mahiyyətinin düzgün ortaya çıxardılmasına şərait yaradardı. Ona görə də arzu edərdik ki, Azərbaycan, Ermənistan və Rusiya dövlət orqanları arxivdə bununla bağlı sənədlərin və materialların araşdırılmasına, çap edilməsinə icazə versin. Şübhəsiz ki, xidmət və dövlət orqanlarının arxivində olduqca əhəmiyyətli məlumatlar var. Bu informasiyalar da prossesin daha düzgün araşdırılmasına kömək olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
04:24 28.10.2026
Relaks
"Gizli” təzyiqinizin olduğunu necə bilməli?
03:49 28.10.2026
Sağlamlıq
İsraildə parlament seçkisinin ilkin nəticələri açıqlandı
02:18 28.10.2026
Gündəm
Tramp Venesuelanı ABŞ-nin 51-ci ştatı etməyi təklif edib
01:59 28.10.2026
Son dəqiqə
Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
01:41 28.10.2026
Şou
Tramp İrana zərbə endirməyi ən böyük qərarlarından biri adlandırıb
01:20 28.10.2026
Gündəm
Azərbaycanın dostu da parlamentə düşdü
00:58 28.10.2026
Son dəqiqə
İsraildə seçici fəallığı: 53 ildən sonra ən yüksək nəticə
00:19 28.10.2026
Gündəm
BCM yeni prokurorunu 2027-ci ilin dekabrında seçəcək
00:06 28.10.2026
Gündəm
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
23:48 27.10.2026
Cəmiyyət
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə