Trampdan seçki açıqlaması: “Dürüst keçirilərsə, nəticələrə hörmət edəcəyəm”

ABŞ Prezidenti Donald Tramp noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilərində demokratların qalib gələcəyi təqdirdə nəticələrə hörmət edəcəyini, lakin bunun üçün seçkilərin dürüst keçirilməli olduğunu bildirib.

Sherg.az xəbər verir ki, Tramp bu barədə Texasda iştirak edəcəyi seçki mitinqinə yollanarkən Vaşinqton hava limanında jurnalistlərin suallarını cavablandırıb.

Demokratların seçkilərdə qalib gələrək Konqresdə çoxluğu əldə etməsi halında onlarla necə işləyəcəyi barədə suala Tramp “Bir yolunu taparıq” cavabını verib.

ABŞ lideri prezidentin veto hüququna malik olduğunu xatırladaraq belə bir vəziyyətin yaranmayacağına ümid etdiyini bildirib. O, bununla belə, tərəflərin sonda razılığa gəlməsinin mümkün olduğunu vurğulayıb.

Seçkilərin nəticələrinə hər bir halda hörmət edib-etməyəcəyi barədə suala isə Tramp belə cavab verib: “Seçkilər dürüst keçirilərsə, mən də hörmət edəcəyəm”.

Qeyd edək ki, ABŞ-da gələn həftə keçiriləcək Konqresə aralıq seçkiləri ilə bağlı sorğular demokratların Nümayəndələr Palatasında çoxluğu əldə edəcəyini göstərir. Senatda isə mübarizənin gərgin keçəcəyi bildirilir.