Deputatın qaldırdığı problem müzakirəyə SƏBƏB OLDU: “Həlli var, amma...”
Banuçiçək Kalbalıyeva
08:20 18.03.2020
Gündəm
974
Əliməmməd Nuriyev: “Heç bir hərbi əməliyyatda iştirak etmədiyi halda müharibə vetaranı statusunu alanlar çoxdur və onlarla mübarizə aparmaq heç də asan deyil”
“Vaxt və resurs lazımdır ki, kimin döyüşçü olduğunu, kimin heç vaxt əlinə silah almadığını müəyyənləşdirəsən”
Millək vəkili Arzu Nağıyev parlamentin Əmək və Sosial Siyasət Komitəsinin iclasında müharibə veteranları ilə bağlı problemlərə toxunub. O qeyd edib ki, Gədəbəy zonasında təxminən 300 nəfərə, Tovuz zonasında isə 400 nəfərə yaxın müharibə veteranı statusu almayan şəxslər var:
“Baxmayaraq ki, bu şəxslər müharibədə iştirak ediblər, lakin müəyyən səbəblərə görə, onlara hər hansı statusun verilməsi məsələsi öz həllini tapmayıb. Həmin şəxslərə məsələnin həllində yardım göstərilməsi vacib olardı”.
Niyə vətən uğrunda döyüşən, canından, qanından keçməyə hazır olan insanların haqqı tapdanır?! Hanı ədalət?! Nə üçün müharibə veteranı statusu layiq olanlara deyil, olmayanlara verilməlidir?!
“Sherg.az”ın suallarını cavablandıran hüquq müdafiəçisi Əliməmməd Nuriyevin fikrincə, müharibədə iştirak edənlər öz haqqlarını tələb etməlidirlər:
“Bu statusu vermək işinə Səfərbərlik Baş İdarəsi ilə Müdafi Nazirliyi baxır. Haqqı tapdanan müharibə veteranları əvvəlcə bu qurumlara müraciət etməlidirlər. Əgər nəticəsiz qalsa, məhkəməyə üz tutmaq lazımdır. Ümumiyyətlə, müharibə veteranı statusunu hüquqi yolla ancaq bu iki formada almaq olur”.
Heç bir hərbi əməliyyatda iştirak etmədiyi halda müharibə vetaranı statusuna alanların olmasına diqqət çəkən, Ə.Nuriyev vurğulayıb ki, onlarla mübarizə aparmaq heç də asan deyil:
“Bəziləri var ki, müharibədə iştirak edib, hətta əlil olsalar da, heç bir iddiaları yoxdur. Çünki onları maraqlandıran ancaq vətənin taleyidir. Əfsuslar olsun ki, əks düşüncəlilərə də rast gəlinir. Əlbəttə, onlar buna layiq deyillər. Amma bu neqativ məsələni həll etmək kifayət qədər çətindir. Vaxt və resurs lazımdır ki, kimin döyüşçü olduğunu, kimin heç vaxt əlinə silah almadığını müəyyənləşdirəsən”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran ABŞ ilə sülh danışıqlarının ikinci raunduna razılaşıb
14:06 21.04.2026
Dünya
Ermənistan Prezidenti Qazaxıstana səfər edəcək
13:58 21.04.2026
Gündəm
Dilənçiliklə məşğul olanlar cərimələnəcək, inzibati həbs ediləcək
13:41 21.04.2026
Aktual
Makron gələn ay Ermənistana səfər edəcək
13:34 21.04.2026
Gündəm
“5 saat masada qalan toyuq ölüm saçır” - Ekspertdən xəbərdarlıq
12:45 21.04.2026
Sağlamlıq
"Tasnim": İrandan Pakistana nümayəndə heyəti getməyib
12:19 21.04.2026
Gündəm
Zelenski: İranla müharibə Rusiyanı gücləndirir, ABŞ-ı yorur
12:08 21.04.2026
Dünya
Milli Məclisin yaz sessiyası çərçivəsində növbəti iclası keçirilir
11:21 21.04.2026
Gündəm
Onlarla miqrant Gürcüstandan deportasiya edildi
11:18 21.04.2026
Gündəm
Noyer Müllerə çatdı
10:57 21.04.2026
Futbol
Babacanyan: Köçəryan və Sərkisyana seçki qadağası qoyulmalıdır
10:55 21.04.2026
Gündəm
"Fənərbağça" Vedat Muriqi ilə razılaşıb
10:51 21.04.2026
Futbol
17 gün əvvəl müşavir təyin olunan şəxs vəzifədən azad edildi
10:36 21.04.2026
Sağlamlıq
Azərbaycan neftinin qiyməti 110 dolları ötüb
10:19 21.04.2026
İqtisadiyyat